İSTEFAYA ÇIXMIŞ HƏRBİ QULLUQÇULAR ÜÇÜN DAHA BİR GÜZƏŞT
AZƏRTAC xəbər verir ki, istefaya çıxmış hərbi qulluqçular müvafiq yaşayış məntəqələrində torpağı icarəyə götürməkdə və ya satın almaqda üstünlük hüququna malik olacaqlar. Bununla əlaqədar “Bələdiyyə torpaqlarının icarə edilməsi haqqında” Qanuna və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”yə əlavələr və dəyişikliklər ediləcəkdir. Həmin dəyişikliklərdə deyilir ki, müvafiq yaşayış məntəqəsində daimi yaşayan və istefaya çıxmış hərbi qulluqçular torpaqlardan istifadə etməklə ailə kəndli təsərrüfatı kimi fəaliyyət göstərmək istədikdə torpağı icarəyə götürməkdə və ya satın almaqda üstünlük hüququna malikdirlər.
Qanun layihələri təsdiqlənmək üçün Milli Məclisin müzakirəsinə çıxarılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [16:57]
Azərbaycan və Şri-Lanka siyasi dialoqu gücləndirir
- 16.10.2026 [11:30]
Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib
- 16.10.2026 [11:07]