İsveç ölkəyə gələn əcnəbilərdən koronavirus üçün mənfi testlər tələb edəcək
Stokholm, 4 fevral, AZƏRTAC
İsveç ölkəyə gələn əcnəbilərdən koronavirus üçün mənfi testlər tələb edəcək.
AZƏRTAC İsveç KİV-lərinə istinadla xəbər verir ki, İsveç bəzi istisnalar olmaqla, ölkəyə giriş zamanı bütün xarici vətəndaşlar üçün koronavirus testlərindən keçmələri tələbini irəli sürür.
Hökumətin qərarı İsveç ictimai səhiyyə agentliyinin sorğusu əsasında qəbul edilib.
Baş nazir Stefan Levenin sözlərinə görə, COVID-19-un yeni ştammları ekspertlərin narahatlığına səbəb olur. Bu səbəbdən, şənbə günündən etibarən İsveçə daxil olmaq istəyən bütün xarici vətəndaşlar koronavirus üçün mənfi test təqdim etməlidirlər. Testin müddəti 48 saatdan çox olmamalıdır. Qaydalar bəzi istisnalarla 18 yaşdan yuxarı bütün şəxslərə şamil edilir.
İstisnalar İsveçdə yaşayan əcnəbilər üçün edilə bilər. Həmçinin sərhəd ölkələrindən olan İsveçdə yaşayıb işləyən insanlara da şamil edilir.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
Hörmüz boğazında gəmi vurulub
- [14:13]
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]