İsveç Ukraynaya 682 milyon dollar həcmində yardım edəcək
Bakı, 20 fevral, AZƏRTAC
İsveç Ukraynaya 7,1 milyard kron (682 milyon dollar) həcmində hərbi yardım edəcək.
AZƏRTAC xəbər verir ki, İsveçin müdafiə naziri Pol Conson bu barədə özünün sosial media hesabında bildirib.
“Bu gün İsveç Ukraynaya ən böyük yardım paketini elan edib. Kiyevə təqdim olunacaq 15-ci paket 7,1 milyard kron həcmində hərbi yardımı ehtiva edir. Bununla da Stokholmun Ukraynaya hərbi yardımının ümumi həcmi 30 milyard krona (2,88 milyard dollar) çatacaq”, - deyə Pol Conson yazıb.
Nazirin sözlərinə görə, yeni hərbi paket çərçivəsində Ukraynaya artilleriya mərmiləri, RBS-70 zenit-raket kompleksi, tank əleyhinə BGM-71 TOW raketləri, qumbaraatanlar və tibbi ləvazimatlar tədarük olunacaq. Bundan əlavə, İsveç Kiyevə 10 ədəd CB90 sürətli kater, 20 ədəd adi kater və sualtı silahlar göndərəcək. Həmçinin ayrılan vəsaitin bir hissəsi Danimarka ilə birgə piyadalar üçün döyüş maşınlarının alınmasına yönəldiləcək.
Qeyd edək ki, yanvarın əvvəlində “Xalq və müdafiə” konfransında çıxış edən İsveçin xarici işlər naziri Tobias Billström Ukraynaya yardımın krallığın xarici siyasətinin prioritet istiqaməti olacağını deyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]