İsveçdə atışma zamanı altı nəfər yaralanıb
Stokholm, 4 oktyabr, Nərgiz Cəfərli, AZƏRTAC
Şənbə günü gecə İsveçin Gövle şəhərinin mərkəzində atışma baş verib, 6 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, azyaşlılar da daxil olmaqla, bütün yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyəti hələ ki, məlum deyil.
Polis atəş açmaqda şübhəli bilinən 15 yaşdan kiçik yeniyetməni saxlayıb. Hadisə adam öldürməyə cəhd kimi qiymətləndirilir.
Hüquq-mühafizə orqanları hələ ki, onun hər hansı qruplaşma ilə mümkün əlaqəsini təsdiqləməyib, lakin ictimaiyyət üçün heç bir təhlükə olmadığı bildirilir. Hadisə yerində xeyli sayda polis var, cinayətin motivi və insidentdə başqalarının iştirakı ilə bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [22:57]
G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar
- 02.10.2026 [22:23]
“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər
- 02.10.2026 [21:45]
Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir
- 02.10.2026 [21:17]
Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb
- 02.10.2026 [18:08]
Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]