İSVEÇİN KRALI ƏLAHƏZRƏT XVI KARL QUSTAVA
Əlahəzrət,
İsveç Krallığının milli bayramı - İsveç bayrağı günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə daim inkişaf edəcək və genişlənəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsveç xalqına sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 23 may 2007-ci il.