İsveçli deputat Avropa Parlamentində hicabın qadağan olunmasını təklif edib
Stokholm, 4 oktyabr, Nərgiz Cəfərli, AZƏRTAC
Avropa Parlamentində təmsil olunan “İsveç Demokratları” partiyasının deputatı Çarli Veymers bu qurumda çalışan bütün əməkdaşlar və işçilər üçün müsəlman baş örtükləri olan hicab və niqabın qadağan olunması təşəbbüsü ilə çıxış edib.
Onun sözlərinə görə, təşəbbüsün məqsədi qadın zorakılığından azad bir mühit yaratmaq və onları itaətkarlıq simvollarından qorumaqdır.
AZƏRTAC xəbər verir ki, gələn həftə deputat bu məsələ ilə bağlı parlamentin sədri Roberte Metsolaya həmkarlarının imzaladığı petisiyanı təqdim etməyi planlaşdırır. Hazırda təşəbbüsü əsasən mühafizəkar və sağçı partiyalardan olan təxminən 30 deputat dəstəkləyib.
Liberal partiyanın nümayəndəsi Karin Karlsbro isə qadağaya qarşı çıxaraq bildirib ki, Avropa Parlamentində geyim seçiminə məhdudiyyət qoyulmur.
“Deputatlar istənilən bəyanatla çıxış edə bilərlər, lakin bu təşəbbüsü mən dəstəkləmirəm”, – deyə o vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [22:57]
G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar
- 02.10.2026 [22:23]
“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər
- 02.10.2026 [21:45]
Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir
- 02.10.2026 [21:17]
Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb
- 02.10.2026 [18:08]
Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]