İtaliya polisi 225 milyon avro dəyərində narkotik vasitə aşkarlayıb
Roma, 4 iyun, AZƏRTAC
İtaliya polisi Cənubi İtaliyada yerləşən Kalabriya regionunun Coya Tauro şəhərində bir tondan artıq kokain müsadirə edib.
AZƏRTAC xəbər verir ki, maliyyə polisi bananla yüklənmiş konteynerdə aşkarlanan kokainin yalnız mütəşəkkil cinayətkar şəbəkələr tərəfindən göndərilə biləcəyini bildirib.
Təhqiqatçılar hesab edirlər ki, müxtəlif qatqılar sayəsində həcmi dörd dəfəyədək artırıla biləcək narkotikin dəyəri qara bazarda təxminən 225 milyon avrodur. Narkotik vasitənin Cənubi Amerikada kokainin ən çox istehsal olunduğu Ekvadordan göndərilildiyi də qeyd edilib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [16:43]
Pakistan “Fətah-2” raketinin sınağını keçirib
- 13.10.2026 [16:25]
Media: İzmir körfəzində sualtı nəqliyyat tuneli tikiləcək
- 13.10.2026 [16:02]
Qalileya dənizində su ehtiyatları son 100 ilin ən aşağı səviyyəsinə düşüb
- 13.10.2026 [16:01]