İTALİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB CİORCİO NAPOLİTANOYA
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı - Respublika günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan ilə İtaliya arasındakı münasibətlər bu gün inkişaf etməkdədir. Ümidvaram ki, əməkdaşlığımızın hərtərəfli genişləndirilməsi yolunda səylərimizlə dost xalqlarımızın rifahına bundan sonra da töhfələr verəcəyik.
Bu əlamətdar bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İtaliya xalqına sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 23 may 2007-ci il.