İtaliya Ukraynaya hərbi yardımı ilin sonunadək davam etdirəcək
Roma, 29 yanvar, AZƏRTAC
İtaliya hökuməti Ukraynaya hərbi yardımı cari il dekabrın 31-dək davam etdirəcək.
AZƏRTAC xəbər verir ki, Ukraynaya silah yardımının davam etdirilməsini nəzərdə tutan fərman İtaliya parlamentinin yuxarı palatası olan Senatda təsdiq olunub.
İtaliya hərbi yardım paketi çərçivəsində Ukraynaya yeni silahlar tədarük edəcək. Silahın və hərbi texnikanın siyahısı məxfi saxlanılsa da, yerli media bu texnikaların müxtəlif raketlər, döyüş sursatları, zenit-raket komplekslərindən ibarət olacağını yazıb.
Qeyd edək ki, İtaliya ilk dəfə 2022-ci ildə təsdiqlənən fərmanla Ukraynaya hərbi yardım göndərməyə başlayıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [22:57]
G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar
- 02.10.2026 [22:23]
“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər
- 02.10.2026 [21:45]
Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir
- 02.10.2026 [21:17]
Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb
- 02.10.2026 [18:08]
Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]