İtaliya və Albaniya qanunsuz miqrasiya sahəsində əməkdaşlığı gücləndirir
Roma, 6 dekabr, AZƏRTAC
İtaliya Nazirlər Şurası Albaniya ilə miqrasiya sahəsində əməkdaşlığın gücləndirilməsinə dair protokolun ratifikasiyası haqqında qanun layihəsini təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, qanun layihəsinə görə, İtaliya hökuməti qeyri-qanuni immiqrasiya ilə mübarizə məqsədilə Albaniya ərzisində miqrant qəbulu mərkəzləri inşa edəcək. Bu mərkəzlərə Avropa İttifaqına daxil olmayan sulara İtaliya sahil mühafizə gəmiləri tərəfindən xilas edilən miqrantlar qəbul olunacaq.
Mərkəzlərin inşası üçün 2024-cü ildə İtaliya büdcəsindən 87 milyon avro ayrılacaq. Miqrantların qəbulu və saxlanması üçün illik xərclərin 200 milyon avrodan az olacağı bildirilib.
Miqrant qəbulu mərkəzlərində İtaliya yurisdiksiyası tətbiq ediləcək.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:15]
Rusiyanın neft və qaz gəlirləri azalıb
- 06.10.2026 [17:58]
ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir
- 06.10.2026 [17:47]
Macarıstanda büdcə kəsirinin artımı zəifləyib
- 06.10.2026 [17:42]
Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır
- 06.10.2026 [17:36]
Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq
- 06.10.2026 [17:26]