İtaliyada bir ayda 881 nəfər koronavirusun qurbanı olub
Roma, 5 dekabr, AZƏRTAC
İtaliyada son bir ay ərzində təxminən 900-ə yaxın insan COVID-19-un qurbanı olub.
AZƏRTAC xəbər verir ki, Gimbe Fondunun məlumatına görə, ötən üç həftədə ölkədə COVID-19 infeksiyasına yoluxma halları 94 faiz, xəstəxanaya müraciət edənlərin sayı isə 58 faiz artıb. Bir ay ərzində 881 ölüm faktı qeydə alınıb və artım demək olar ki, iki dəfəyə yaxındır.
Koronavirus qurbanları əsasən yaşı 80-dən yuxarı olan şəxslərdir. Virusa həftəlik yoluxma sayı isə 100 min nəfərə yüksəlib.
İtaliyada koronavirusun “Omikron” ştamının alt variantları olan EG.5 (digər adı “Eris”) və BA.2.86 “Pirola” sürətlə yayılır. Vaksinasiya nisbətləri isə ölkə üzrə məqbul səviyyədə deyil. 2023/2024 payız-qış mövsümündə 1 milyon 42 min 541 doza peyvənd tətbiq edilib. Mütəxəssislərin fikrincə, bu, çox aşağı göstəricidir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:04]
Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb
- 06.10.2026 [17:03]
Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq
- 06.10.2026 [16:58]
Gürcüstanda yanacaq yenidən bahalaşıb
- 06.10.2026 [16:49]
İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb
- 06.10.2026 [16:19]
Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb
- 06.10.2026 [16:09]