İtaliyada həlak olmuş jurnalistlərin xatirəsinə Milli Gün təsis olunub
Roma, 19 iyul, AZƏRTAC
İtaliyada peşə fəaliyyətini yerinə yetirərkən həlak olmuş və ya öldürülən jurnalistlərin xatirəsinə Milli Gün təsis edilib.
AZƏRTAC xəbər verir ki, İtaliya parlamenti bununla bağlı qanun qəbul edib. Qanuna əsasən, mayın 3-ü ölkədə Jurnalistlərin Xatirəsi Milli Günü kimi qeyd olunacaq.
İtaliyanın Baş naziri Ciorcia Meloni deyib ki, peşə fəaliyyətinə görə həlak olmuş jurnalistlərin xatirəsinin yad edilməsi üçün Milli Gününün təsis olunması haqqında qanun layihəsinin parlamentdə yekdilliklə təsdiq edilməsini böyük məmnunluqla alqışlayıram.
“Bu gündən etibarən mayın 3-ü vətəndaşların məlumat almaq hüququnu təmin edərək, öz peşəkarlığını və cəsarətini hamımızın xidmətinə qoyanların şərəfləndirilməsi üçün təntənəli an olacaq. Jurnalistlərə hörmət etmək indi dövlət qanunlarında təsbit edilmiş bir vəzifədir və biz onu şərəfləndirməyə sadiqik”, - deyə o bildirib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:33]
Çində robotlar arasında basketbol yarışı keçiriləcək
- 30.09.2026 [12:06]
Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir
- 30.09.2026 [10:50]
Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır
- 30.09.2026 [07:38]
ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib
- 30.09.2026 [07:03]
Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb
- 30.09.2026 [06:31]