İtaliyada nikah mərasimində binanın döşəməsi çöküb, 35 nəfər yaralanıb
Roma, 15 yanvar, AZƏRTAC
İtaliyanın şimalındakı Pistoiya şəhərində nikah mərasimi zamanı binanın döşəməsinin çökməsi nəticəsində 35 nəfər xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, qonaqlar rəqs edərkən toy məclisinin keçirildiyi məkan kimi istifadə olunan monastırın döşəməsi çöküb. Çökmə zamanı binanın içərisində üç metr diametrdə boşluq yaranıb. Hadisə nəticəsində 35 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
İnsanların təxminən dörd metr hündürlükdən yıxıldığı bildirilir. Hadisə yerinə təhlükəsizlik qüvvələri gəlib və yaralılar xəstəxanaya çatdırılıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldılır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]