Azərbaycan Dövlət İnformasiya Agentliyi

İtaliyada yaşayan soydaşımızın kitabı satışa çıxarılacaq – hüquqşünas Turan Sadiqinin uğur hekayǝsi

Bakı, 10 iyul, AZƏRTAC

İtaliyada yaşayan soydaşımız, hüquqşünas Turan Sadiqi “21 Blackstone Legal” hüquq şirkǝtinin tǝsisçisi, süni intellekt vǝ rǝqǝmsal hüquq üzrǝ beynǝlxalq ekspertdir. O, “King’s College London”da ixtisaslaşmış tǝhsil alıb vǝ Avropa mǝlumatlarının qorunması üzrǝ CIPP/E sertifikatına sahibdir. Turan Sadiqi təsis etdiyi şirkǝt vasitǝsilǝ transmilli korporasiyalara, investorlara vǝ dövlǝt qurumlarına ümumi mǝlumatların qorunması reqlamentinǝ (GDPR) uyğunluq, süni intellekt idarǝçiliyi vǝ Avropa bazarına daxilolma mövzularında ǝn mürǝkkǝb mǝsǝlǝlǝrdǝ dǝstǝk göstǝrir.

Onun beynǝlxalq arenadakı profilini fǝrqlǝndirǝn cǝhǝt güclü korporativ, maliyyǝ vǝ institusional keçmişǝ malik olmasıdır. Turan Sadiqi strateji-hüquqi mǝslǝhǝtçilik fǝaliyyǝtinǝ fokuslanmazdan ǝvvǝl texnologiya, maliyyǝ vǝ istehsalat sektorlarında fǝaliyyǝt göstǝrǝn transmilli şirkǝtlǝrdǝ vǝ investisiya qruplarında insan resursları üzrǝ direktor vǝ vitse-prezident kimi yüksǝk mǝsuliyyǝtli rǝhbǝr vǝzifǝlǝrdǝ 10 ildǝn artıq karyera qurub. O, hǝmçinin İtaliyanın mühüm investisiya qruplarından biri olan “IGI Investimenti Group”da mǝlǝk investor (Angel Investor) kimi innovasiya ekosistemindǝ birbaşa fǝaliyyǝt göstǝrib. Eyni zamanda, İtaliyada fǝaliyyǝt göstǝrǝn vǝ sıralarında soydaşlarımızı birlǝşdirǝn Azǝrbaycan İcması Assosiasiyasının sǝdri kimi institusional vǝzifǝni icra edir. Turan Sadiqi 5 dildǝ sǝrbǝst işlǝyir vǝ onun fǝaliyyǝti dünyanın ǝsas maliyyǝ vǝ hüquq mǝrkǝzlǝri – Roma, London, Nyu-York vǝ Bakı arasında inkişaf edir. Soydaşımız AZƏRTAC-a müsahibǝsindǝ kitabından, fǝaliyyǝt istiqamǝtlǝrindǝn vǝ Azǝrbaycanın rǝqǝmsal inkişafı ilǝ bağlı düşüncǝlǝrindǝn danışıb.

- Turan xanım, əvvəlcə kitabınız barədə məlumat verməyinizi istərdik.

- İngilis dilindǝ qǝlǝmǝ aldığım “The Privacy by Design Audit” (“layihǝlǝndirmǝ mǝrhǝlǝsindǝ mǝxfiliyin auditi”) adlı kitab bu il iyulun 15-dǝ “Amazon” platformasında satışa çıxarılacaq. Kitab istifadǝyǝ hazır şablonlar, yoxlama siyahıları (checklists) vǝ nümunǝ araşdırmaları (case studies) ilǝ zǝngindir. Kitabın italyan dilindǝ nǝşri isə hazırlanma mǝrhǝlǝsindǝdir.

GDPR-in 25-ci maddǝsi – “privacy by design” (layihǝlǝndirmǝ mǝrhǝlǝsindǝ mǝxfiliyin tǝmin edilmǝsi) prinsipi - 2018-ci ildǝn qüvvǝdǝdir, lakin ǝksǝr tǝşkilatlar bu tǝlǝbǝ ǝmǝl etdiklǝrini sübut edǝ bilmir.

- O zaman ən sadǝ ǝsaslardan başlayaq. “Privacy by design” nǝ demǝkdir vǝ niyǝ təşkilatlar bu məsələdə çox vaxt uğursuzluğa düçar olur?

- “Privacy by design” sadǝ bir mǝna ifadǝ edir: fǝrdi mǝlumatların qorunması mǝhsula işin əvvəlində, yǝni layihǝlǝndirmǝ mǝrhǝlǝsindǝ daxil edilmǝlidir, işin sonunda “yara sarğısı” kimi yapışdırılmamalıdır. GDPR-in 25-ci maddǝsinin tǝlǝbi dǝ mǝhz budur. Problem ondadır ki, qanun nǝyi ǝldǝ etmǝli olduğumuzu deyir, lakin bunu necǝ etmǝli olduğumuzu demir: mǝsul şǝxslǝri göstǝrmir, uyğunluğun hansı müddǝtdǝn bir yoxlanılmalı olduğunu müǝyyǝn etmir vǝ hansı sǝnǝdlǝrin kifayǝt etdiyini dǝqiqlǝşdirmir.

Nǝticǝdǝ, ǝksǝr şirkǝtlǝrdǝ “Mǝhsulunuzun layihǝlǝndirilmǝsi qǝrarlarının mǝxfilik fǝsadlarına görǝ konkret olaraq kim mǝsuliyyǝt daşıyır?” deyǝ soruşduqda otağa sükut çökür. Bu, pis niyyǝtdǝn irǝli gǝlmir; sadǝcǝ onlara cavab vermǝk üçün heç vaxt bir metodologiya tǝqdim olunmayıb. Kitab mǝhz hǝmin boşluğu doldurmaq üçün ǝrsǝyǝ gǝlib. Mǝn bu boşluğu üç konkret zǝifliyǝ bölürǝm: Who (Kim) – layihǝlǝndirmǝ qǝrarlarını mühǝndislǝr vǝ mǝhsul rǝhbǝrlǝri qǝbul edir, lakin GDPR öhdǝliklǝri onlara deyil, hüquqi şǝxsǝ ünvanlanıb; When (Nǝ vaxt) – qanun layihǝlǝndirmǝni birdǝfǝlik an kimi nǝzǝrdǝn keçirir, halbuki müasir rǝqǝmsal mǝhsul hǝr yenilǝnmǝdǝ dǝyişir; Pvove it (Sübut et) – GDPR uyğunluğu nümayiş etdirmǝyi tǝlǝb edir, lakin daxili layihǝlǝndirmǝ niyyǝti kǝnardan görünmǝzdir.

- Siz süni intellekti 25-ci maddǝnin “stres testi” adlandırırsınız. Hansı mǝnada?

- Hǝr bir norma öz zǝifliyini ǝn çǝtin halla qarşılaşdıqda büruzǝ verir vǝ “privacy by design” üçün hǝmin çǝtin hal süni intellektdir. Ənǝnǝvi sistemlǝrdǝ layihǝlǝndirmǝ qǝrarı bir şǝxsǝ aid edilǝ bilǝr; süni intellekt sistemindǝ isǝ ǝn mühüm qǝrarları, faktiki olaraq, maşın öyrǝnmǝsi prosesi qǝbul edir. “When” problemi burada kǝskinlǝşir: bu gün yenidǝn öyrǝdilmiş model dünǝnki sistem deyil vǝ uyğunluğu birdǝfǝlik sertifikatlaşdırmaq üçün sabit bir an mövcud deyil. “Prove it” problemi isǝ “qara qutu” (black box) ilǝ pik nöqtǝsinǝ çatır: hǝtta onu quranların belǝ davranışını tam izah edǝ bilmǝdiyi bir sistemin layihǝlǝndirmǝ niyyǝtini necǝ sǝnǝdlǝşdirmǝk olar?

Buna Avropa Süni İntellekt Aktı (AI Act) da ǝlavǝ olunur – yüksǝkriskli sistemlǝr üçün o, GDPR ilǝ birlikdǝ tǝtbiq edilir. Süni intellekt 25-ci maddǝ üzrǝ yeni öhdǝliklǝr yaratmır: o, sadǝcǝ uyğunluq sistemlǝrimizin ǝvvǝllǝr dǝ nǝ qǝdǝr qeyri-kafi olduğunu üzǝ çıxarır. Kitab üç oxucu qrupuna ünvanlanıb: DPO-lar vǝ uyğunluq mütǝxǝssislǝri, texniki vǝ mǝhsul rǝhbǝrlǝri, habelǝ Avropa bazarına daxil olan Avropadan kǝnar şirkǝtlǝr – o cümlǝdǝn Avropaya çıxış hǝdǝflǝyǝn Azǝrbaycan şirkǝtlǝri üçün dǝ praktiki yol xǝritǝsidir.

- Azǝrbaycanın rǝqǝmsal inkişafı barǝdǝ fikirlǝrinizi öyrǝnmǝk istǝrdik.

- Bir hüquqşünas vǝ bu sahǝnin mütǝxǝssisi kimi qürurla deyə bilərəm ki, Azǝrbaycan regionda rǝqǝmsal inkişafa dövlǝt siyasǝtinin strateji prioriteti kimi önǝm verǝn ilk ölkǝdir. Bu ilin fevralında Prezident İlham Əliyevin Fǝrmanı ilǝ Rǝqǝmsal İnkişaf Şurası yaradıldı vǝ Şuraya Azǝrbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva rǝhbǝrlik edir.

Rǝqǝmsallaşma, süni intellekt, kibertǝhlükǝsizlik vǝ innovasiya ekosistemini ǝhatǝ edǝn bu strateji kurs ölkǝmizi regionun texnoloji mǝrkǝzinǝ çevirir.

Bir qadın olaraq bununla xüsusilǝ fǝxr edirǝm ki, ölkǝmizdǝ rǝqǝmsal transformasiya kimi gǝlǝcǝyi müǝyyǝn edǝn sahǝyǝ ǝn yüksǝk sǝviyyǝdǝ mǝhz bir qadının rǝhbǝrlik etmǝsi bütün region üçün güclü bir mesajdır. Süni intellekt vǝ rǝqǝmsal hüquq sahǝsindǝ çalışan bir qadın kimi arzum odur ki, rǝqǝmsal texnologiyalar vǝ süni intellekt dünyasında daha çox qadın görǝk. Mehriban xanım Əliyevanın nümunǝsi gǝnc azǝrbaycanlı xanımlara göstǝrir ki, bu sahǝdǝ ǝn yüksǝk zirvǝlǝr onlar üçün açıqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstanda “kəsilmiş hər bir ağaca görə beş ağac” qaydasının tətbiqi təklif edilir

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir

Bakı Limanı: Super infrastrukturun inkişafı ilə bağlı çağırışlar logistika şirkətlərinə də aiddir

Ramil Məmmədli: Azərbaycan Ordusunun gücü ilə əldə edilən Zəfər dövlətin quruculuq siyasəti ilə möhkəmləndirilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan məktəbliləri 3 medal qazanıblar

“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər

Britaniyalı nazir: Azərbaycan məlumat infrastrukturu üzrə iddialı planlar həyata keçirir

Ceyhun Bayramov ABŞ rəsmisini regional məsələlər barədə məlumatlandırıb

Professor İlham Məmmədzadə: Azərbaycanın yeni inkişaf modelində suverenlik mərkəzi strateji dəyərdir

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO

Səbinə Əliyeva: BMT ilə insan hüquqları sahəsində əməkdaşlığın inkişafı vacibdir

ADY: Orta Dəhlizin inkişafında koordinasiya və əməkdaşlıq əsasdır

Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir