Azərbaycan Dövlət İnformasiya Agentliyi

İtaliyalı parlamentarilər Ermənistandan minalanmış ərazilərin xəritələrinin təhvil verilməsini tələb ediblər

Roma, 5 iyun, AZƏRTAC

İtaliyanın müxtəlif siyasi partiyalarından olan senator və deputatlar Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən ikisi jurnalist olmaqla, üç azərbaycanlı mülki şəxsin tank əleyhinə minaya düşərək həlak olması və hadisə zamanı daha dörd mülki şəxsin yaralanması ilə bağlı açıqlamalar verərək, Ermənistanın Azərbaycanın minalanmış ərazilərinin xəritələrini təqdim etməməsini kəskin şəkildə qınayıb və xəritələrin təcili olaraq Azərbaycana təhvil verilməsini tələb ediblər. Parlamentarilərin açıqlamaları onların sosial şəbəkə profillərində və İtaliyanın kütləvi informasiya vasitələrində dərc olunub.

AZƏRTAC xəbər verir ki, İtaliya Deputatlar Palatasının sədr müavini, "Yaşayan İtaliya" partiyasından olan deputat Ettore Rosato ölkənin ANSA və Agenzia Nova xəbər agentliklərinə açıqlamasında bildirib: “Ermənistan ilə Azərbaycan arasında münaqişə artıq bitmişdir. Növbəti qurbanların olmaması üçün çalışmaq hamının marağı və öhdəliyidir. Azərbaycanın təcili şəkildə öz torpaqlarını minalardan təmizləməsi üçün beynəlxalq ictimaiyyət minalanmış ərazilərin xəritələrinin bu ölkəyə təqdim edilməsinə nail olmalıdır. Aralarında iki jurnalist olmaqla, üç mülki şəxsin həlak olması ilə nəticələnən faciə bir daha təkrarlanmamalıdır”.

İtaliya Senatının Xarici əlaqələr daimi komissiyasının sədri “5 Ulduz Hərəkatı” partiyasından olan senator Vito Petrocelli özünün tvitter hesabında qeyd edib: "Artıq bitmiş, lakin hələ də ərazilərdə minaların qalmasına səbəb olan münaqişənin qurbanları ilə bağlı dərin hüznlə başsağlığı verirəm. Ermənistan tərəfindən minalanmış ərazilərin xəritələrinin dərhal təqdim olunacağına ümid edirəm".

İtaliya Senatında "İrəli İtaliya" partiyası siyasi qrupunun sədr müavini və Avropa Şurası Parlament Assambleyasında İtaliya nümayəndə heyətinin üzvü Maria Rizzotti isə “Agenzia Nova” xəbər agentliyinə açıqlamasında Ermənistan tərəfindən basdırılmış minanın partlaması nəticəsində aralarında iki jurnalist olmaqla, üç mülki şəxsin həyatını itirməsi, digər dörd nəfərin isə yaralanması xəbərinin onu dərindən kədərləndirdiyini bildirib. “Ermənistan tərəfindən minalanmış ərazilərin xəritələrinin təqdim olunması tələbimizi qətiyyətlə davam etdiririk. Belə ki, bununla ərazilərin minalardan təmizlənməsi prosesi baş tutsun və günahsız insanlar bir daha qurban verilməsin. Beynəlxalq hüquq dəfələrlə pozulub, artıq vaxtıdır ki, beynəlxalq ictimaiyyət aydın və sərt şəkildə Ermənistana tələb irəli sürsün”, - deyə senator Rizzotti vurğulayıb.

İtaliya Parlamentində İtaliya-Azərbaycan Dostluq Assosiasiyasının sədri "Leqa" partiyasından olan deputat Rossana Boldi özünün tvitter hesabında yazıb: “Təəssüf ki, bu gün minanın partlaması nəticəsində aralarında iki jurnalist olmaqla, üç mülki şəxs həlak olmuşdur. Bu, gözlənilən bir faciə idi. Ermənistan Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsi üçün xəritələri təqdim etməsə, bu faciənin təkrarlanmaq təhlükəsi var. Hər iki xalqın marağı naminə ərazilər minalardan təmizlənməli və təhlükəsiz hala salınmalıdır”.

İtaliya Senatının xarici əlaqələr daimi komissiyasında “5 Ulduz Hərəkatı” partiyası qrupunun rəhbəri senator Canluka Ferrara “Agenzia Nova” xəbər agentliyinə və “Politicamento Corretto” xəbər portalına açıqlamasında isə Ermənistan tərəfindən basdırılmış tank əleyhinə minanın partlaması nəticəsində aralarında iki jurnalist olmaqla, üç mülki şəxsin həyatını itirməsinin onda böyük məyusluq yaratdığını bildirib. O deyib: "Beynəlxalq hüquq tərəfindən Azərbaycanın əraziləri kimi tanınan azad edilmiş torpaqlarda artıq 35 minə yaxın mina zərərsizləşdirilmişdir. Son illərdə Ermənistan tərəfindən basdırılmış piyada əleyhinə minalar artıq çox sayda insanın ölümünə və yaralanmasına səbəb olmuşdur. Ermənistan tərəfindən həmin minaların yerlərini göstərən xəritələrin təqdim edilməsi ilə bu dəhşətli ölüm alətlərinin tezliklə zərərsizləşdirilməsi arzuolunandır. Bu günə qədər Ermənistan tərəfindən əməkdaşlıq niyyəti olmamışdır və bunun qurbanı mülki şəxslər, o cümlədən uşaqlar olmuşdur. Həmin ərazilərdə həqiqətən də yeni sülh mühiti qurmaq istəyi varsa, o zaman əməkdaşlıq etmək labüddür. Mən həmin əraziləri ziyarət etmişəm və ədalətsizliyin qurbanı olan Azərbaycan xalqının böyük acısının yaxından şahidi olmuşam. Həqiqətən istərdim ki, burada bir dönüş olsun, bu inadkarlıq müharibə cinayəti olmaqla bərabər, həm də ədalətsizdir”.

Faciəyə münasibət bildirən "İrəli İtaliya" partiyasının üzvü olan senator və Mərkəzi-Avropa Təşəbbüsü Parlament Assambleyasında İtaliya nümayəndə heyətinin üzvü Urania Papatheu isə “Agenzia Nova”, Ansa, “Askanews”, “La Presse”, “Dire, 9 Colonne” xəbər agentliklərinə açıqlamalarında vurğulayıb: “Azərbaycanın Kəlbəcər rayonunda erməni hərbçiləri tərəfindən basdırılmış tank əleyhinə minanın partlaması nəticəsində aralarında iki jurnalist olmaqla, üç mülki şəxsin ölümü və digər dörd nəfərin yaralanması mülki əhaliyə qarşı növbəti dözülməz zorakılığı nümayiş etdirir. Artıq səhifəni çevirmək vaxtıdır. Rəsmi İrəvan azad edilmiş bölgələrdə minalanmış ərazilərin xəritələrini ən qısa zamanda təqdim etməlidir. Dəfələrlə bildirildiyi kimi, söhbət həmin torpaqlarda partlamamış minalar olan ərazilərdən gedir. Ermənistanın bu cür davranışı beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır”.

İtaliya Parlamentində Azərbaycan-İtaliya Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, "Leqa" partiyasından Senatın Xarici əlaqələr və emiqrasiya daimi komissiyasının üzvü, senator Stefano Luçidi isə “Agenzia Nova” xəbər agentliyinə açıqlamasında Cənubi Qafqaz bölgəsinin sülhə və sabitliyə ehtiyacı olduğunu, 30 illik Qarabağ münaqişəsinə son qoyan üçtərəfli bəyanatların müddəalarının təmin edilməsi üçün Azərbaycan ərazisində ermənilərin yerləşdirdiyi minaların xəritələrinin tam təhvil verilməsinin vacibliyini bildirib. Senator əlavə edib ki, bunun üçün beynəlxalq diplomatiya ictimaiyyəti Azərbaycanda mülki əhali arasında da ölüm hallarına səbəb olmuş piyada və tank əleyhinə dəhşətli minaların yerləşdirilməsi ilə bağlı xəritələrin Ermənistan tərəfindən təhvil verilməməsini qınamalı, Ermənistan Azərbaycan ərazilərinin tam şəkildə minalardan təmizlənməsinə imkan verməlidir.

İtaliya Senatının “5 Ulduz Hərəkat”" partiyasından olan üzvü Canluka Kastaldi isə “Agenzia Nova” xəbər agentliyinə açıqlamasında bildirib: “Azərbaycanın Kəlbəcər rayonunda aralarında iki jurnalist olmaqla, üç mülki şəxsin tank əleyhinə minanın partlaması nəticəsində həlak olması ilə bağlı başsağlığımı ifadə edirəm. Zorakılığın davamlı olaraq artmasından çox kədərləndim. Hamımız Qafqazda sülh üçün çalışmalıyıq. Minalanmış ərazilərin təmizlənməsi üçün xəritələrin təqdim edilməsi önəmlidir”.

Avropa Parlamentinin İtaliyadan olan üzvü Aldo Patriciello özünün “Facebook” səhifəsində İtaliyanın “Kmetro0” portalında dərc olunmuş Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin baş vermiş faciə ilə bağlı rəsmi açıqlamasını paylaşaraq yazıb: "Azərbaycanda tank əleyhinə minanın partlaması aralarında iki jurnalist olmaqla, üç mülki şəxsin ölümünə səbəb olub. Bu, sülhə təhdid yaradan ciddi faktdır. Hesab edirəm ki, Ermənistanın beynəlxalq ictimaiyyətin tələblərini yerinə yetirməli və minalanmış ərazilərin xəritələrinin ən qısa zamanda təqdim etməlidir. Hər iki xalq arasında sülh və təhlükəsizlik hamının birgə əməkdaşlığı ilə nəyin bahasına olursa-olsun təmin edilməlidir”.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər

OPEC bu il və gələn il üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb

“Azərişıq” əməkdaşları Türkiyədə beynəlxalq Peşə Ustalığı Yarışında birinci yeri tutublar

Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər

Gürcüstan ilə Aİ arasında münasibətlər və gələcək əməkdaşlıq yenidən diqqət mərkəzindədir

Manna şəhərlərindən xanlıqlar dövrünədək şəhərsalma tariximizə elmi baxış

Media: İzmir körfəzində sualtı nəqliyyat tuneli tikiləcək

Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib VİDEO

Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib VİDEO

“PeşəFest-2026”nın növbəti dayanacağı Naxçıvan olub

Azərbaycanda avtomobil yanacağı satışından əldə olunan gəlirlər 4 faiz artıb

Dünyəvi təhsil ənənələri ötən əsrin əvvəllərindən formalaşmağa başlayıb – Hüseyn İbrahimov

UNEC-də turizm və hotelçilik üzrə korporativ auditoriya yaradılacaq

Türk ekspert: Azərbaycanın məktəbli forması ilə bağlı qərarı milli dəyərlərin və dünyəvi təhsilin qorunmasına xidmət edir

Azərbaycan millisi U-15 dünya çempionatı öncəsi son təlim-məşq toplanışını Bakıda keçirəcək

Azərbaycan və Özbəkistan vergi orqanları transsərhəd elektron sənəd dövriyyəsi üzrə birgə layihənin icrası imkanlarını müzakirə edib

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Çexiya hökuməti xarici işçilərin ölkəyə cəlb edilməsi imkanlarını genişləndirir

Qalileya dənizində su ehtiyatları son 100 ilin ən aşağı səviyyəsinə düşüb

Karlovı Varının memarlıq incisi: XX əsrin əvvəllərinə aid Beher villası

Qazaxıstanlı analitik: Azərbaycanın 2028-ci ildə MDB-yə sədrliyi Birliyin inkişafını daha balanslı edəcək

Almaniyanın Nürnberq aeroportunda dron təhlükəsi yaranıb, sərnişin təyyarəsini qırıcılar müşayiət edib

ABŞ ilə Rusiyanın razılaşması Avropanı çətin vəziyyətə salıb

Şəhid bacısı Zaqatala təhsil sektoruna müdir təyin edilib

ƏMAS-da əvvəlki iş yerlərinə dair arayış əldə etmək mümkündür

Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib VİDEO

Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib VİDEO

FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi olub VİDEO

FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi olub VİDEO

Azərbaycan və Özbəkistanda dövlət satınalmaları sahəsində tətbiq olunan mexanizmlər barədə fikir mübadiləsi aparılıb

Xalq rəssamı: Vahid məktəbli geyimi ətrafındakı təxribatlara uymamalıyıq

Qazaxıstan və Belçika kritik minerallar sahəsində əməkdaşlıq və Trans-Xəzər marşrutunun inkişafı məsələlərini müzakirə edib

Muxtar respublikanın xarici ticarət dövriyyəsi 67 faizdən çox artıb

"Turan Tovuz"un legioner futbolçusunun zədəsi ciddi deyil

Türkiyə və Pakistan ordularının rəhbərləri regiondakı vəziyyəti müzakirə ediblər

Azərbaycan və Çexiya Orta Dəhlizin təşviqi məsələlərini nəzərdən keçirib