İtaliyanın bir neçə şəhərində hava şəraiti ilə bağlı narıncı xəbərdarlıq verilib
Roma, 19 iyul, AZƏRTAC
İtaliyada müşahidə olunan anomal istilərə görə bəzi bölgələrdə narıncı hava xəbərdarlığı verilib.
AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyi paytaxt Roma, eləcə də Palermo, Peruccia, Bari, Kalyari və Kampobassoda narıncı xəbərdarlıq elan edib.
Temperaturun artması ilə əlaqədar xroniki xəstələrə və həssas insanlara xəbərdarlıq olunub. Ürək xəstələrinə xüsusilə diqqətli olmaları tövsiyə edilib. Əhaliyə kölgə yerlərdə qalmaq, günvurmadan qorunmaq tövsiyə olunub.
Bəzi bölgələrdə havanın temperaturunun 40 dərəcəyə çatacağı gözlənilir. Eyni zamanda, ölkə üzrə günvurma şikayəti ilə müraciət edənlərin sayı artıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:33]
Çində robotlar arasında basketbol yarışı keçiriləcək
- 30.09.2026 [12:06]
Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir
- 30.09.2026 [10:50]
Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır
- 30.09.2026 [07:38]
ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib
- 30.09.2026 [07:03]
Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb
- 30.09.2026 [06:31]