İTALYANLAR NARKOTİKLƏRƏ İLDƏ 8 MİLYARD AVRO XƏRCLƏYİRLƏR
AZƏRTAC İtaliyanın “Repubblika” qəzetinə istinadla xəbər verir ki, Piza şəhərindəki Milli Tədqiqatlar Şurasının (MTŞ) araşdırmalarına əsasən, “istehlakçılar”ın və narkotik maddələri “şəxsi kayf” üçün vaxtaşırı, yaxud daim alanların hər il nə qədər pul sərf etdikləri müəyyənləşdirilmişdir. MTŞ-nin hesablamalarına görə, italyanlar narkotik maddələr almağa hər il azı 8 milyard avro xərcləyirlər. Kokain əldə olunmasına daha çox – ildə 4 milyard avro pul sərf edilir. Heroinə 2,5 milyard avro, marixuanaya 1,9 milyard avro xərclənir. Hər gün müvafiq surətdə 550 min, 90 min və 75 min adam kannabis, kokain və heroin alır. Tədqiqatın nəticələrinə görə, həşiş və ya “ot” alanların sayı ayda 900 min nəfərə çatır. Statistika göstərir ki, İtaliyada heroin istehlakçılarının sayı azalmışdır, lakin kokainomanların sayı durmadan artır. Ekspertlərin fikrincə, bu, yeni meyildir. Avropa təsnifatına görə, bu narkotikin istehlakı sahəsində İtaliya qitədə üçüncü yeri tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]
Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb
- 13.10.2026 [18:37]
ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib
- 13.10.2026 [18:04]
Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir
- 13.10.2026 [17:37]
Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA
- 13.10.2026 [17:14]