“İxtisarlar lüğəti” çapdan çıxıb
Bakı, 30 sentyabr, AZƏRTAC
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş elmi işçisi, filologiya üzrə elmlər doktoru Nəriman Seyidəliyev, Bakı Dövlət Universitetinin mərhum professoru Bayram Əhmədov və filologiya üzrə fəlsəfə doktoru, dosent Rasim Heydərovun “İxtisarlar lüğəti” kitabı nəşr olunub.
Dilçilik İnstitutundan AZƏRTAC-a bildirilib ki, lüğət uzun illər toplanmış, bütün sahələri əhatə edən 5500-dən artıq mürəkkəb adın ixtisarından ibarətdir. “Ön söz”də Azərbaycan dilində olan qısaltmaların yazılış və oxunuş qaydaları geniş şəkildə şərh edilib, hər bir ixtisarın qarşısında onun açılışı verilib.
Kitabın elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor İsmayıl Məmmədli, rəyçiləri professor Qara Məşədiyev, filologiya üzrə fəlsəfə doktorları Aynel Məşədiyeva, Baba Məhərrəmli və Aqil Cəfərovdur.
Yeni nəşr mütəxəssislərlə yanaşı, geniş oxucu kütləsinin istifadəsi üçün nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.05.2026 [18:57]
Hidrogen energetikası - onlayn seminar
- 26.05.2026 [18:53]
BDU tələbələri üçün İçərişəhərdə akademik infotur təşkil olunub
- 26.05.2026 [18:40]
Otuz il sonra BDU-da
- 26.05.2026 [18:39]