İyunda dağ çaylarında qısamüddətli daşqınlar olacaqdır
Bakı, 8 iyun (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin may ayı üzrə çaylarda gözlənilən sululuğa dair hidroloji proqnozu tamamilə, meteoroloji proqnozu isə 89 faiz doğru olmuşdur.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, dünya təcrübəsində aylıq meteoroloji proqnozların doğruluğu orta hesabla 60-70 faiz təşkil edir.
İyunda isə ayrı-ayrı bölgələrdə yağıntıların normadan nisbətən çox, temperaturun isə normadan 1-2 dərəcə artıq olacağı gözlənilir.
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfinin 450-580, Araz çayının Qıvraq məntəqəsində 140-200, Qanıx çayının Əyriçay məntəqəsində 160-240 kubmetr/saniyə təşkil edəcəyi, dağ çaylarında isə çoxillik normaya uyğun olacağı proqnozlaşdırılır.
Ayrı-ayrı günlərdə temperaturun kəskin yüksəlməsi, yüksək dağlıq ərazilərdə qarın əriməsi və leysan yağışlar nəticəsində, Böyük Qafqazın cənub-qərb yamacının (Kişçay, Şinçay, Talaçay, Kürmükçay, Balakənçay), şimal-şərq yamacının (Qusarçay, Qudyalçay, Vəlvələçay, Qaraçay), Kiçik Qafqazın (Gəncəçay, Kürəkçay, Zəyəmçay, Şəmkirçay, Qoşqarçay), Naxçıvan MR-in (Naxçıvançay, Gilançay, Əlincəçay) çaylarından qısamüddətli daşqın və sellərin keçəcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]