İyunun 10-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava dəyişkən buludlu, yağmursuz keçəcəkdir. Səhər saatlarında yarımadanın bəzi yerlərində zəif duman olacaqdır.
Havanın temperaturu gecə 16-20° isti, gündüz 26-31° isti təşkil edəcəkdir.
Bakıda gecə 18-20° isti, gündüz 28-30° isti olacaqdır.
Atmosfer təzyiqi 755 millimetr civə sütunundan 750 millimetr civə sütununa enəcəkdir.
Nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz olacaqdır.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə isti təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava gün ərzində əsasən yağmursuz keçəcəkdir.
Havanın temperaturu gecə 13-18° isti, gündüz 27-32° isti təşkil edəcəkdir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
hava gün ərzində əsasən yağmursuz keçəcəkdir.
Havanın temperaturu gecə 8-13° isti, gündüz 18-23° isti təşkil edəcəkdir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava gün ərzində əsasən yağmursuz keçəcəkdir.
Havanın temperaturu gecə 15-19° isti, gündüz 24-29° isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
hava gün ərzində əsasən yağmursuz keçəcəkdir.
Havanın temperaturu gecə 12-17° isti, gündüz 23-28° isti təşkil edəcək, dağlarda gecə 7-12° isti, gündüz 18-23° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz olacaqdır.
Havanın temperaturu gecə 16-21° isti, gündüz 26-31° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında
hava əsasən yağmursuz olacaqdır.
Havanın temperaturu gecə 17-21° isti, gündüz 25-30° isti təşkil edəcək, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaqdır.
Tibbi-meteoroloji proqnoz
Yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü əksər meteohəssas insanlar üçün nisbətən əlverişlidir.