İyunun 11-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın az buludlu, yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir.
Havanın temperaturu gecə 16-21° isti, gündüz 26-31° isti təşkil edəcəkdir.
Bakıda gecə 19-21° isti, gündüz 28-30° isti olacaqdır.
Atmosfer təzyiqi norma daxilində 752 millimetr civə sütunu təşkil edəcəkdir.
Nisbi rütubət gecə 60-70, gündüz 40-50 faiz olacaqdır.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə isti olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Havanın temperaturu gecə 14-19° isti, gündüz 28-22° isti təşkil edəcəkdir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və axşam şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var.
Havanın temperaturu gecə 9-14° isti, gündüz 18-23° isti təşkil edəcəkdir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Havanın temperaturu gecə 15-19° isti, gündüz 26-31° isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var.
Havanın temperaturu gecə 12-17° isti, gündüz 25-30° isti təşkil edəcək, dağlarda gecə 7-12° isti, gündüz 19-24° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 28-33° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Havanın temperaturu gecə 17-20° isti, gündüz 26-31° isti təşkil edəcək, dağlarda gecə 13-17° isti, gündüz 20-25° isti olacaqdır.