İyunun 15-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaqdır. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 28-33° isti təşkil edəcəkdir.
Bakıda gecə 19-21° isti, gündüz 30-32° isti olacaqdır.
Atmosfer təzyiqi 757 millimetr civə sütunundan 760 millimetr civə sütununa yüksələcəkdir.
Nisbi rütubət gecə 60-65, gündüz 40-50 faiz olacaqdır.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23° isti təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axsam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimalı var.
Havanın temperaturu gecə 13-18° isti, gündüz 30-35° isti təşkil edəcəkdir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
hava gündüz əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var.
Havanın temperaturu gecə 8-13° isti, gündüz 18-23° isti təşkil edəcəkdir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-
Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Havanın temperaturu gecə 16-20° isti, gündüz 26-31° isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ,
İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
hava gündüz əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var.
Havanın temperaturu gecə 13-18° isti, gündüz 25-30° isti təşkil edəcək, dağlarda gecə 7-12° isti, gündüz 18-23° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir,
İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Havanın temperaturu gecə 16-21° isti, gündüz 29-34° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 27-32° isti təşkil edəcək, dağlarda gecə 12-16° isti, gündüz 20-25° isti olacaqdır.