İyunun 17-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava dəyişkən buludlu, yağmursuz keçəcəkdir.
Havanın temperaturu gecə 20-23° isti, gündüz 28-33° isti təşkil edəcəkdir.
Bakıda gecə 20-22° isti, gündüz 31-33° isti olacaqdır.
Atmosfer təzyiqi norma daxilində 760 millimetr civə sütunu təşkil edəcəkdir.
Nisbi rütubət gecə gündüz 40-45 faiz olacaqdır.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25° isti təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Havanın temperaturu gecə 15-20° isti, gündüz 30-35° isti təşkil edəcəkdir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd,
Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Dolu düşəcəyi ehtimalı var.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti təşkil edəcəkdir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-
Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Dolu düşəcəyi ehtimalı var.
Havanın temperaturu gecə 16-20° isti, gündüz 26-31° isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ,
İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Dolu düşəcəyi ehtimalı var.
Havanın temperaturu gecə 15-20° isti, gündüz 27-32° isti təşkil edəcək, dağlarda gecə 9-14° isti, gündüz 20-25° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 31-36° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 29-34° isti təşkil edəcək, dağlarda gecə 11-16° isti, gündüz 22-27° isti olacaqdır.
Tibbi-meteoroloji proqnoz
Yaxın 2 gündə Abşeron yarımadasında xəzri küləyinin üstünlüyü və iqlim normasına yaxın temperatur şəraiti əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.