İzmirdə “Zəfərin mübarək can Azərbaycan” adlı tədbir keçirilib
İstanbul, 15 noyabr, AZƏRTAC
Türkiyənin İzmir vilayətində Azərbaycanın erməni işğalı altındakı torpaqlarını azad etməsi münasibətilə “Zəfərin mübarək can Azərbaycan” şüarı altında təntənəli tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, İzmirin mərkəzi hissəsi olan “Konak meydanı”nda baş tutan mərasim bu şəhərdə fəaliyyət göstərən Dünya Azərbaycanlıları Konqresi (DAK) tərəfindən təşkil olunub.
Mərasimdə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib, hər iki qardaş ölkə şəhidlərinin və İzmirdə baş verən 6.6 bal gücündə zəlzələdə həlak olanların xatirəsi yad edilib.
İzmirdə fəaliyyət göstərən iyirmiyə yaxın ictimai birliklərin nümayəndələrinin iştirak etdiyi mərasimdə Azərbaycana dəstək şüarları səsləndirilib, vətənpərvərlik mövzusunda mahnılar ifa olunub.
Tədbirdə DAK-ın İdarə Heyətinin sədri Asıf Kurban tərəfindən media üçün açıqlama oxunub.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İzmir
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [19:57]
“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO
- 30.09.2026 [17:06]
“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub
- 30.09.2026 [16:46]