İzmirdə zəlzələ: Həlak olanların sayı 28 nəfərə çatıb
İzmir, 31 oktyabr, AZƏRTAC
İzmirdə baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların sayı 28 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, son məlumata görə, xəstəxanaya yerləşdirilmiş 243 yaralının müalicəsi davam etdirilir. Dağılmış 9 çoxmənzilli binada axtarış-xilasetmə işləri yekunlaşıb. Daha 8 binada xilasetmə əməliyyatları davam edir. Zaman-zaman dağıntılar altından insanların sağ olaraq çıxarıldığı barədə xəbərlər gəlir.
Anadolu agentliyinin yaydığı xəbərə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsində vəziyyətlə tanış olmaq üçün İzmirə gedəcək.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [21:54]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]