“JPMorgan” bankının başçısı 2023-cü ildə 36 milyon dollar qazanıb
Bakı, 20 yanvar, AZƏRTAC
Amerikanın “JPMorgan Chase & Co.” bankı baş icraçı direktoru Ceym Daymona 2023-cü ildə 36 milyon dollar ödəyib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu vəsait Daymona “JPMorgan”ın rəhbər postunda fəaliyyətinə görə verilən rekord dərəcədə mükafatdır.
Ötən il o, 34,5 milyon dollar qazanmışdı.
2023-cü il ərzində Daymonun ümumi əldə etdiyi qazancına 1,5 milyon dollar həcmində baza məvacibi və 34,5 milyon dollar həcmində bonus daxildir. “JPMorgan”ın məlumatında bildirilir ki, bonusun əsas hissəsi səhm şəklində ödənilir.
Bankın prezidenti Deniel Pintonun 2023-cü ildə mükafatı 5 faiz - 30 milyon dollar, istehlak kreditləşdirməsi şöbəsinin həmrəhbərləri Merien Leyk və Cennifer Pipsakın isə 6 faiz - 18,5 milyon dollaradək artıb.
“Forbes” Daymonun varidatının 1,9 milyard dollar olduğunu bildirib, bu vəsaitin əsas hissəsini “JPMorgan”ın səhmləri təşkil edir.
“JPMorgan” bankının kapitallaşması son 12 ay ərzində 24 faiz artaraq, 438 milyard dollara bərabər olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [22:00]
Türkiyə İslam bankçılığı sahəsində ilk beşliyə daxil olmağı hədəfləyir
- 04.06.2026 [20:04]
Yaponiyada doğuş sayı və əmsalı rekord həddə enib
- 04.06.2026 [18:36]
Ukrayna Silahlı Qüvvələri Rusiyanın strateji obyektlərinə zərbələr endirib
- 04.06.2026 [17:48]
“Amazon” şirkəti 25 min yeni iş yeri yaradacaq
- 04.06.2026 [17:30]