Jurnalistlər üçün Qəbələ və Oğuza infotur təşkil olunub
AZƏRTAC xəbər verir ki, Qəbələdə şirkətin təqdimatı keçirilib.
MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədzadə şirkət haqqında geniş məlumat verib. Bildirib ki, 1994-cü ildən topdansatış mərkəzi kimi fəaliyyətə başlamış “Veysəloğlu” satış və distribütor şirkəti ilk illərində yalnız Türkiyə Respublikasından qida məhsullarının idxalı ilə məşğul olub.
Hazırda şirkətin paytaxtda yerləşən mərkəzi anbarı, cənub bölgəsini əhatə edən Salyan filialı, Qərb bölgəsi üzrə Mingəçevir filialı fəaliyyəti göstərir. Hər iki filial dövrün tələblərinə uyğun ən son texnoloji vasitələrlə təchiz olunub. Şirkət 115-dən çox aparıcı istehsalçıların distribütorluğunu həyata keçirir. Şirkətin qarşıya qoyduğu əsas məqsəd hazırda respublikamızda mövcud olan bütün satış nöqtələrinə yüksək keyfiyyətli xidmət göstərmək, alıcı rəğbətini qazanmaq, bu yolda ən son və ən müasir vasitələrdən istifadə etməkdir.
Bildirilib ki, “Veysəloğlu” MMC hazırda Rusiya, Ukrayna, Belarus, Latviya, Almaniya, Polşa, Macarıstan, Danimarka, İtaliya, Vyetnam və s. ölkələrlə, o cümlədən 23 ölkənin 116 fabriki ilə əməkdaşlıq edir.
Sonra MMC-nin 20 illik yubileyi ilə bağlı hazırlanmış fləsmob nümayiş etdirilib.
Media nümayəndələri tur çərçivəsində Qəbələdə Tufandağ Qış-Yay Turizm İstirahət Kompleksi və Oğuz rayonunun Xal-xal kəndi ilə tanış olublar.