KADETLƏR VƏ QIZLAR ARASINDA YÜZXANALI DAMA ÜZRƏ DÜNYA ÇEMPİONATI BAŞA ÇATMIŞDIR
Hollandiyanın Hayken şəhərində kadetlər və qızlar arasında yüzxanalı dama üzrə dünya çempionatı başa çatmışdır. Kadetlərin çempionatında 13 ölkədən 26 idmançı mübarizə aparırdı. Yarışlarda respublikamızı 16 yaşlı Elşən Zeynalov təmsil edirdi. Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, İsveçrə sistemi ilə keçirilən birincilik 9 turdan ibarət idi. 8 turdan sonra 10 xal toplayan Elşən Zeynalov rusiyalı Sergey Danilovla 4-5-ci yerləri bölüşdürürdü. Elşən Zeynalov sonuncu turda qalib gələrsə, dünya çempionu olmaq və ya mükafatçılar sırasına daxil olmaq imkanı qazanardı. Təəssüf ki, moldovalı Denis Dudko ilə görüş heç-heçə başa çatdı və Elşən Zeynalov dördüncü yeri tutdu. Dünya çempionu adına isə Belarus idmançısı Andrey Tolçikov layiq görülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [23:08]
Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb
- 27.09.2026 [21:18]
Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]