Kamal Kılıçdaroğlu: Ermənistanın Azərbaycanın Gəncə şəhərinə xain hücumunu şiddətlə qınayıram
İstanbul, 4 oktyabr, AZƏRTAC
Qardaş Azərbaycan xalqına keçmiş olsun diləklərimi çatdırır, haqlı davalarında yanlarında olduğumuzu xatırladıram.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbəri Kamal Kılıçdaroğlu özünün rəsmi “Twitter” səhifəsində paylaşıb.
K.Kılıçdaroğlu bildirib: “Ermənistanın beynəlxalq hüquq normalarını pozaraq Azərbaycanın Gəncə şəhərinə və oradakı dinc əhalini hədəf alan xain hücumlarını şiddətlə qınayıram. Qardaş Azərbaycan xalqına keçmiş olsun diləklərimi çatdırır, haqlı davalarında yanlarında olduğumuzu xatırladıram”.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [17:08]
Baş nazir Əli Əsədov Vyetnamın Baş prokuroru ilə görüşüb
- 08.06.2026 [09:10]
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb
- 07.06.2026 [20:12]