Kanada nümayəndəsi Azərbaycanın WUF13 liderliyini yüksək qiymətləndirib VİDEO
Bakı, 18 may, AZƏRTAC
Dünyada son dövrlərdə iqlim dəyişmələri ilə bağlı fəlakətlərin və münaqişələrin artdığı bir dönəmdə insanları, xüsusilə də uşaqları və gəncləri diqqət mərkəzində saxlamaqla, birgə səylər göstərmədən şəhərlərin gələcəyi barədə düşünmək çətindir. Ona görə də Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) kimi tədbirlərin keçirilməsi çox vacibdir.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı WUF13-də iştirak edən Kanadanın Freyzer Vadisi Universitetinin Şəhərsalma üzrə proqramının rəhbəri Şeril Karlen Enns deyib.
“Bu tədbirin Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycanda keçirilməsi ölkənizin şəhərlərin davamlı inkişafı ilə bağlı qlobal səviyyədə liderliyini nümayiş etdirir”,- deyə o diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.05.2026 [19:57]
WUF13-ün suriyalı və ruandalı iştirakçıları “ASAN xidmət”də
- 18.05.2026 [19:35]
Oleksiy Kuleba: Azərbaycanla çox məhsuldar əməkdaşlığımız var
- 18.05.2026 [19:23]
WUF13-də Meksika pavilyonunun açılışı olub
- 18.05.2026 [19:20]