Kanada sentyabrda Fələstinin müstəqilliyini tanıyacağını bəyan edib
Vaşinqton, 31 iyul, AZƏRTAC
Kanada BMT Baş Assambleyasının sentyabrda keçiriləcək 80-ci sessiyasında Fələstini bir dövlət kimi tanımaq niyyətindədir. AZƏRTAC-ın məlumatına görə, bu sözləri Kanadanın baş naziri Mark Karni deyib. O, bildirib ki, bunun üçün Fələstin 2026-cı ildə ümumi seçkilər keçirməli, bu seçkilərdə HƏMAS heç bir halda iştirak etməməli və Fələstin demilitarizasiya olunmalıdır.
"Kanada Fələstində güclü, demokratik idarəçilik və xalqın daha dinc və ümidli gələcəyi üçün səylərini artıracaq",-deyə Mark Karni əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]