Kanadada güclü qar səbəbindən məktəblər bağlanıb
Bakı, 12 fevral, AZƏRTAC
Kanadanın Britaniya Kolumbiyası əyalətinin hakimiyyət orqanları regionun böyük hissəsinə yağan güclü qar səbəbindən məktəblərdə məşğələləri dayandırıb.
AZƏRTAC CBC telekanalına istinadla xəbər verir ki, Milli Meteorologiya Bürosunun məlumatına görə, fevralın 11-də əyalətdə 10-15 santimetr qar yağıb, fevralın 12-də isə qarın qalınlığı 25 santimetrə çata bilər. Bu səbəbdən regiondakı aeroportlarda bir çox aviareyslər təxirə salınıb və ya ləğv edilib.
Bundan əlavə, “BC Ferries” nəqliyyat kompaniyası Vankuver şəhəri ilə Vankuver adası arasında birbaşa əlaqənin kəsildiyini bildirib. Həmçinin regionda ictimai nəqliyyatın fəaliyyətində də problemlər yaranıb.
Polisin məlumatına əsasən, hava şəraiti ilə əlaqədar avtomobil yollarında da vəziyyət çətinləşib. Yol-nəqliyyat hadisələrinin sayının kəskin artması səbəbindən bəzi iri magistrallar bağlanıb. Xəsarət alanlar barədə məlumat verilmir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:15]
Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq
- 08.10.2026 [17:11]
Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
- 08.10.2026 [17:03]
Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq
- 08.10.2026 [17:02]
Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb
- 08.10.2026 [16:44]
Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb
- 08.10.2026 [16:36]
BƏƏ Qəzzada 600 min insanın su təminatına dəstək olub
- 08.10.2026 [16:30]
Mərakeşdə Fəs Sufi Mədəniyyəti Festivalı təşkil olunacaq
- 08.10.2026 [15:31]