KANADANIN BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB POL MARTİNƏ
Hörmətli cənab Baş nazir,
Kanadanın milli bayramı – Kanada günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Əminəm ki, dövlətlərarası münasibətlərimizin inkişafı daim əlaqələrimizin hərtərəfli genişlənməsinə xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 iyun 2004-cü il.