Kardioloq: Hazırda ən çətin əməliyyatlar da icbari tibbi sığorta çərçivəsində həyata keçirilir
Bakı, 6 mart, AZƏRTAC
Liv Bona Dea Hospitalında bir kardiologiya komandası var. Uşaqdan böyüyə ağır xəstəlikləri olan pasiyentlər bizə müraciət edir. Hazırda ən çətin əməliyyatlar belə icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Liv Bona Dea Hospitalının kardioloq həkimi Məhərrəm Nəsifov jurnalistlərə açıqlamasında söyləyib.
M.Nəsifov bildirib ki, hospitalda ürək-damar cərrahiyyəsi, invaziv radiologiya, kardiologiya və s. kimi əməliyyatlar həyata keçirilir: “Biz ayaq damarlarının, boyun damarlarının açılması, ürəyə gücləndirici aparatların defilyatorların qoyulması, ürək peyslərinin yerləşdirilməsi və s. kimi əməliyyatları icra edirik. Bundan başqa, anadangəlmə dəliklərin həm cərrahi, həm də damardan girərək invaziv yolla bağlanmasını həyata keçiririk”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:48]
Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib
- 13.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 13.10.2026 [18:10]
Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib
- 13.10.2026 [18:04]
İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb
- 13.10.2026 [17:23]