Kaya Kallas: Ukraynadakı münaqişə hələ bir neçə il davam edə bilər
Bakı, 11 sentyabr, AZƏRTAC
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas hesab edir ki, Ukrayna münaqişəsi yaxın bir neçə il ərzində başa çatmayacaq.
AZƏRTAC xəbər verir ki, Kaya Kallas bu barədə EFE agentliyi də daxil olmaqla bir qrup media nümayəndəsinə müsahibəsində deyib.“Düşünürəm ki, real ssenari ondan ibarətdir ki, müharibə daha bir neçə il davam edəcək”, – deyə siyasətçi bildirib. O, təəssüflə qeyd edib ki, sülhün əldə olunması istiqamətində, o cümlədən ABŞ Prezidenti Donald Trampın səyləri heç bir nəticə verməyib.
Kaya Kallasın fikrincə, ən bədbin ssenariyə görə, Ukrayna öz ərazilərinin bir hissəsindən imtina etməyə məcbur ola bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:33]
Çində robotlar arasında basketbol yarışı keçiriləcək
- 30.09.2026 [12:06]
Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir
- 30.09.2026 [10:50]
Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır
- 30.09.2026 [07:38]
ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib
- 30.09.2026 [07:03]
Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb
- 30.09.2026 [06:31]