Keçən il Rusiya vətəndaşlığı alanların sayı 44 min nəfər azalıb
Moskva, 31 yanvar, AZƏRTAC
Ötən il Rusiya vətəndaşlığı alanların sayı 44 min nəfər azalıb.
AZƏRTAC xəbər verir ki, Rusiya DİN-in ölkədə miqrasiyanın vəziyyətinə dair hesabatında ötən il 691 min nəfərə vətəndaşlıq verildiyi göstərilib. Bu, əvvəlki illə müqayisədə 44 min nəfər azdır.
Eyni zamanda, 2022-ci ildə 141 min əcnəbinin Rusiyaya girişinə qadağa qoyulub ki, bu da 2021-ci ildəkindən 35 min nəfər azdır.
Keçən il 40 rusiyalı vətəndaşlıqdan imtina edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:28]
Tramp husilərə xəbərdarlıq edib
- 13.10.2026 [20:24]
ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək
- 13.10.2026 [20:21]
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]