Keçmiş məcburi köçkün: Doğma evimizə qayıdacağımıza həmişə inanırdım
Bakı, 10 oktyabr, AZƏRTAC
Məhəlləmizdə evlərin yenidən tikilməsi başqa bir hissdir. Doğma evimizə qayıdacağımız günü həmişə səbirsizliklə gözləmişəm və buna inanmışam.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Füzuli rayon sakini Raifə Qasımova deyib.
Bu inamın reallaşmasından məmnunluğunu dilə gətirən R.Qasımova ibtidai sinif müəllimi olduğunu deyib. Füzuli sakini bildirib ki, uğrunda canlar fəda edilən, şəhidlərimizin qanı ilə yoğurulan torpaqlarımız indi azad nəfəs alır və doğma sakinlərini qoynuna alır.
“Biz füzulililər həmişə dövlətimizə, Prezidentimizə, Müzəffər Ali Baş Komandana arxalanmışıq və arxalanırıq. Bilirdik ki, son nəticədə istədiyimizə nail olacağıq, ərazi bütövlüyümüz bərpa ediləcək. Şükürlər olsun ki, həmin günlər gəlib çatdı. Allah şəhidlərimizə rəhmət eləsin”, - deyə Füzuli sakini diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:33]
Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub
- 02.10.2026 [18:14]
Vəkillərə sertifikatlar verilib
- 02.10.2026 [17:58]
Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib
- 02.10.2026 [17:36]