Keçmiş məhkumdan 100 çətənə kolu və 5 kiloqramdan çox marixuana götürülüb
Bakı, 4 iyun, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirləri uğurla davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Türkan qəsəbə sakini, əvvəllər məhkum olunmuş İ.Əliyevin yardımçı təsərrüfatında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan kultivasiya yolu ilə yetişdirilmiş 100 çətənə kolu və 5 kiloqramdan çox marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.