Kəlbəcər rayonunun Qaraxançallı kəndi
Bakı, 19 iyul, AZƏRTAC
Kəlbəcər rayonunun Qaraxançallı kəndi Qaraxan çayının sahilində, dağətəyi ərazidə yerləşir. Kəndin adı onun əsasını qoyan tayfa ilə bağlıdır. Bu yaşayış məntəqəsi Laçın rayonunun Muncuqlu kəndi yaxınlığında məskunlaşmış Qaraxangallı kəndindən gəlmiş və əsasən maldarlıqla məşğul olan tayfanın nümayəndələri tərəfindən salınıb.
Qaraxançallı kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İkinci Qarabağ müharibəsində Ordumuzun Şanlı Qələbəsindən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonunun digər əraziləri kimi, bu kənd də Azərbaycana qaytarılıb.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış kənddən görüntüləri təqdim edir.