Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Kəlbəcərin azad günlərini tərənnüm edəcəyəm” - Nəsib Nəbioğlu ilə müsahibə

“Kəlbəcərin azad günlərini tərənnüm edəcəyəm” - Nəsib Nəbioğlu ilə müsahibə

Moskva, 2 oktyabr, AZƏRTAC

Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibi şair-publisist Nəsib Nəbioğlu uzun illərdir ki, yaradıcılığını və ictimai fəaliyyətini Moskvada davam etdirir. O, həm ədəbi fəaliyyəti, həm də publisistik yazıları ilə tanınır. Son illər müsahibələrində Kəlbəcərə qayıdışı, doğma torpaqlara olan bağlılığı geniş əks olunub. AZƏRTAC-ın müxbiri ilə söhbətində Nəsib müəllim ədəbi mühit, yaradıcılığı və arzularından danışıb.

-Siz həm şair, həm də publisistsiniz. Özünüzü hansı janrda daha sərbəst və azad hiss edirsiniz?

- Müsahibə üçün ayırdığınız vaxta və diqqətə görə təşəkkür edirəm. Bu gün sosial şəbəkələrdə yüzlərlə şairin olduğunu görəndə adam özünə şair deməyə bir az utanır. Bir-iki şeir kitabı oxuyub, bir-iki sözü yan-yana qoşub yazan adamın şair olmağına şübhə ilə baxıram. Bilirsiniz, şair cəmiyyət üçün faydalı əsərlər yazmalıdır, həqiqəti söyləməlidir, haqqa-ədalətə söykənməlidir. Qələm adamı, hər şeydən əvvəl, istedadına, təfəkkürünə, dünyagörüşünə arxalanmalıdır. Yalnız belə olan halda şair həyat üçün, cəmiyyət üçün əhəmiyyətli, sanballı, ciddi poetik nümunələr yarada bilər. Şair anadan şair doğulmalıdır. Şairin qələmindən çıxan şeir insanın daxili-mənəvi ehtiyacını ifadə etməlidir, ruhunu oxşamalıdır, şairin qələmindən çıxan söz qüdrətli, təsirli söz olmalıdır.

Mən ədəbiyyata şeirlə gəlmişəm, baxmayaraq ki, bir şair kimi qələmimi isbat eləmək üçün çox çətinliklərdən çıxmışam. Şeir mənim həyatımdır, mən poeziya ruhunda köklənmiş adamam. Ona

görə də yaradıcılığımda daha çox şeirə üstünlük verirəm. Ədəbiyyata 70-ci illərdə gəlmişəm. Uzun illərdir ki, Moskvada ədəbiyyatımızın, bədii sözümüzün yükünü çiyinlərində şərəflə daşıyan, işğal

zamanı Qarabağ ağrı-acılarını, taleyüklü problemlərimizi qeyri-millətlərə çatdıran şairlərdən biri də məhz mən olmuşam. Fəxr edirəm ki, həyatımın bütün mərhələlərində özümü şeirə, sənətə, ədəbiyyata həsr etmişəm. Ən çox bununla qürur duyuram ki, heç vaxt bədii yaradıcılığımdan bir addım da geri çəkilmədim, qürbətdə

yaşadığım məhrumiyyətlərlə, çətinliklərlə dolu illər ərzində minlərlə insanın qəlbinə yol açan şeirlər yazıb işıq üzünə çıxara bildim.

Çox sayda həm rus, həm də Azərbaycan dillərində məqalələr yazsam da, özümü poeziyada sərbəst və azad hiss edirəm. Bir ara nəsr əsərləri yazmaq fikrimdən keçdi, sonra gördüm ki, əgər nəsrə keçsəm, sonra şeirə qayıtmağım çətin olacaq. Fikrimdən daşındım.

-Moskva kimi böyük şəhərdə Azərbaycan ədəbiyyatının təbliği hansı çətinliklərlə üzləşir və bu işdə əsas rolu nəyə verirsiniz?

-Bəli, Moskva nəhəng şəhərdir və 13 milyondan artıq əhalisi olan bir şəhərdə qaynar, təlatümlü ədəbi mühitə qoşulmaq, bugünkü ədəbiyyatımıza xidmət etmək asan məsələ deyil. Gücüm çatan qədər ədəbiyyatımızı təbliğ eləmişəm, Azərbaycan şeirini yüksəkliklərə qaldırmışam, ruslara və digər qeyri-millətlərə sevdirmişəm. Bundan əlavə, müxtəlif illərdə Moskvada yaşayan yazarlarımızın əsərlərinin yerli mətbuatda çap olunmasına təmənnasız kömək eləmişəm. Vaxtilə mərhum yazıçılarımız - Çingiz Hüseynovun, Əbdül Hüseynovun, eləcə də Alla Axundovanın, Tofiq Məliklinin, İlham Bədəlbəylinin, Sultan Mərzilinin, Afaq Şıxlının, Könül Ordubadlının, Əliş Əvəzin və başqalarının şeirlərinin rus dilində çap olunmasına nail olmuşam. Moskvada yazıb-yaradan yazarlarımızın əksəriyyəti mənim zəmanətimlə Rusiya Yazıcılar İttifaqlarının üzvü olublar. Hazırda Moskvanın özündə ədəbi mühit ən ağır, ən çətin günlərini yaşayır. SSRİ-nin süqutundan sonra sovet yazıçılarını bir təşkilat ətrafında birləşdirən Yazıçılar İttifaqının parçalanması ədəbi mühitin inkişafına mənfi təsirini göstərdi. Moskvada ədəbi mühit istedadlı insanların geniş miqyasda tanınmasına, formalaşmasına, parlamasına şərait yaratmır. Ədəbiyyatımızın təbliğini Rusiyada, eləcə də Azərbaycanda yaşayan yazıçılarımızın və şairlərimizin əsərlərini çap etməkdə görürəm. Azərbaycan ədəbiyyatının təbliği ilə bağlı nə iş görmüşəmsə, öz hesabıma olub, bütün etdiklərimin hamısını vətənimizi, millətimizi, milli dəyərlərimizi, ədəbiyyatımızı sevən bir şair, bir vətəndaş, bir azərbaycanlı kimi borcum bilərək etmişəm.

-Doğma Kəlbəcərə 31 ildən sonra qayıtdınız. Sizcə, Kəlbəcərin gələcək obrazı necə olmalıdır - müasir şəhər kimi, yoxsa ənənəvi ruhunu qoruyan məkan?

-Bəli, 31 ildən sonra Kəlbəcərə qayıtdım. Kəlbəcərə gələndə elə bildim ki, başqa bir yerdəyəm, adam heyrətlənməyə bilmir. Yaxşı ki, dağlarımız, sıldırımlı, əzəmətli qayalarımız, çaylarımız, şəlalələrimiz yerindədir. Kəlbəcər də, bütün kəndlərimiz də erməni vandalları tərəfindən dağılıb xarabalığa çevrilib. Köhnə Kəlbəcərdən əsər-əlamət qalmayıb. Allah Məmməd Aslana rəhmət eləsin. Necə də peyğəmbərcəsinə deyib: “O Kəlbəcər qayıtmaz, Qayıtsa yüz Kəlbəcər”. Doğulduğum, qoynunda boya-başa çatdığım, qəriblikdə yaşayaraq uzun illər şeirlərimdə vəsf etdiyim Kəlbəcər yoxdur. İşğal altında qalan torpaqlarımızın həsrəti ilə yaşamaq və sonra bu yerlərin xarabalığa çevrildiyini görmək çox çətindir. Ermənilər yalnız yurdlarımızı, ev-eşiklərimizi talan eləmədilər, mənəviyyatımız məhv oldu, özünün zəngin milli, əxlaqi və mənəvi dəyərləri, özünəməxsusluğu ilə həmişə fərqlənən kəlbəcərlilər çox şey itirdilər. Bizim camaatımız cəsur, qüdrətli, vətənpərvər, namuslu, qeyrətli, vətənini sevən, sədaqətli, mərd, ağsaqqala, ağbirçəyə hörmətlə yanaşan, ata-anaya ehtiram göstərən, qonaqpərvər insanlardırlar. Ömrümün ən gözəl, xoşbəxt illərini Kəlbəcərdə keçirmişəm. Kəlbəcər mənim uşaqlıq və gənclik illərimin, ilk məhəbbətimin beşiyidir. Həyatımda ən ağır zərbəni Kəlbəcərin işğal olunduğu günlər almışam. Yaradıcılığımda Kəlbəcər mövzusu qırmızı xətt kimi keçir. Bu mövzuda çoxlu şeirlərim var. Şeirlərimdə qaçqın, köçkün taleyi yaşayan anamın timsalında bir qaçqın ana obrazı yaratmışam, şeirlərimlə insanlarımızı, ilk növbədə, gənclərimizi müqəddəs dağlarımızı, Allahın bizə bəxş etdiyi, ata-babalarımızın miras qoyub getdiyi yurdlarımızı unutmamağa səsləmişəm.

Bu gün işğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Kəlbəcərdə də bərpa-quruculuq işləri aparılır və bütün infrastruktur layihələrinin icrası ölkə başçısının xüsusi nəzarətindədir. Təbiəti, meşələri, flora və fauna zənginliyi, tarix-mədəniyyət abidələri, bir neçə minillik yaşı olan qədim insan məskənləri, mağaralar, qalalar, qədim Qafqaz Albaniyası dövründən qalan məbədlər və kilsələr, Ağqoyunlular, Qaraqoyunlular dövlətləri zamanına aid olan qəbirüstü qoç heykəlləri Kəlbəcərin qədim tarix və mədəniyyətə malik olduğunu göstərir. Bu gün Kəlbəcərin inkişafı göz qabağındadır. Kəlbəcərin böyük gələcəyi var. Əminəm ki, doğma yurdum dünyanın ən gözəl məkanlarından birinə çevriləcək. Sovet dönəmində Kəlbəcərə bircə yolumuz var idi. Tərtər rayonundan Ağdərədən keçməklə 116 kilometr məsafədə olan bir yol idi. Amma indi Kəlbəcərə Azərbaycanın hər tərəfindən gəlmək mümkün olacaq. İstisu kurortu Cənubi Qafqaz regionunda ən çox səfər edilən turizm bölgəsinə çevriləcək. Bu sadaladıqlarım Kəlbəcər rayonunda turizmin inkişafını səciyyələndirən əsas amillərdir.

-Qarabağ, Kəlbəcər azad olunduqdan sonra şeirlərinizdə kədərdən çox sevinc motivlərinin olacağını qeyd etmisiniz. Sizcə, bu dönüş oxucular tərəfindən necə qarşılanacaq?

-Qarabağ işğal olunandan sonra mənim şeirlərimin əksəriyyətində dağlarımıza, yağılar əlində inləyən yurd-yuvamıza, taleyinə ağrı-acılar yazılan insanlarımıza həsr etdiyim şeirlərdə bir həsrət, bir nisgil vardı. Bu təbiidir. Yurd-yuvası talan olan, Vətəndən əziz heç nəyi olmayan şair necə yazmalıdır? Amma qəlbimin dərinliyində vətənpərvərlik duyğusu ilə qələmə aldığım bütün şeirlərimdə bir inam vardı, bir ümidlə yaşayırdım. Torpaqlarımızın işğalının müvəqqəti olduğunu hiss edirdim, inanırdım ki, gec-tez Azərbaycan haqq sözünü Qələbə ilə söyləyəcək.

“Bu gecə Şuşanı qaytarırdılar” adlı bir şeirimdə sanki Şuşanın azad olacağını görmüşdüm:

Dağılmış yurdlara baxıb deyirdim,-

Bilirəm Xankəndi olacaq abad.

Hamı can deyirdi, can eşidirdi,

Nə satqın var idi, nə də təxribat.

Bəy də silahlıydı, xan da, nökər də,

Hərənin əlində silah var idi.

Mələklər çox idi şeytanlarından,

O gecə mən deyən Allah var idi.

Hər yandan gəlirdi Cabbarın səsi,

Mən də ruhlanırdım Bülbül səsindən.

Ruhu sevinirdi Natəvanın da,

Yenə “Qarabağın şikəstəsindən”.

Şuşa dağlarına haray salırdı,

Qurbanın, Sadığın, Ramizin tarı.

O gecə sevincə qərq eləmişdi,

Doğma Qarabağdan ayrılanları.

Göydən nur yağırdı, yolumuz üstə,

Elə sevinirdi Kəlbəcər, Laçın.

Düşmənin əlinə əsir düşən qız,

Cırıb üzlərini yolmurdu saçın.

Əlində qılıncı Ağ atlı oğlan,

Şıqıyıb keçirdi Cıdır düzündən!

Sevinc tökülürdü, nur tökülürdü,

Dərdli anaların üzü-gözündən!

Mən bundan sonra Kəlbəcərin azad günlərini tərənnüm edəcəyəm. Amma bilirəm ki, gördüyüm, aldığım təəssüratlarım, fikirlərim şeirlərimdə özünü göstərəcək. Mən sizə söz verirəm ki, qəmli şeirlər yazmayacağam. İndən sonra yorulmadan Kəlbəcərin xoşbəxt günlərini vəsf edəcəyəm.

Torpaq canlanırdı doğma nəfəsdən,

Əsirdi dağlardan meh narın-narın,

Başına göylərdən daş ələnirdi,

Namərdin, nankorun, qurumsaqların.

Mən də dillənirdim Göçəgülümnən,

Qəlbim kövrək, incə, sarı simiydi.

Qalxırdı torpaqdan şəhidlərimiz,

Qanlı köynəkləri bayraq kimiydi.

Pənah xan torpağı bağrına basıb,

Ayrıla bilmirdi o gülüzardan.

Sultan bəy eşidib bu xoş xəbəri,

Boylanıb baxırdı qərib məzardan.

Bu Zəfər gününü, el bayramını,

Sevinən yurdlarım alqışlayırdı.

Əsarətdən çıxan azad Qarabağ,

O gecə hamını bağışlayırdı.

Gəlmişdi o yurdun, elin sahibi,

O gecə dağ-dağa arxalanırdı.

Şuşa dağlarının zirvələrində,

Üçrəngli Bayrağım dalğalanırdı.

-Müasir gənclik sosial şəbəkələrə daha çox meyil edir, kitab oxumağa maraq azalıb. Sizcə, bugünkü oxucunun ürəyinə necə yol tapmaq olar?

-Gənclərin kitab oxumamasının əsas səbəbi, məncə, sosial şəbəkələrdir. Amma kitab oxumaq vacibdir, insanın zövqünü gözəlləşdirir, ruhunu təzələyir. Kitaba sevgi insanın içindən gəlməlidir. Əgər kiminsə kitab oxumağa həvəsi yoxdursa, nə qədər etsən də, həvəsi olmayacaq. F.M.Dostoyevski deyirdi ki, kitab oxumağı tərgidən adam düşünmə qabiliyyətini itirir. Gəncləri kitab oxumağa cəlb etmək üçün onların maraqlarına uyğun janrları tapmaq, yeni əsərlər yaratmaq lazımdır. Bunun üçün yazıçılarımızın və şairlərimizin üzərinə böyük yük düşür.

- Növbəti yubileyinizi harada və necə qeyd etmək istərdiniz? Özünüzü daha çox Azərbaycan şairi, yoxsa Moskva yazıçısı kimi hiss edirsiniz?

-Mənim Moskvada yaradıcılıq gecələrim, 50, 55, 60 illik yubileylərim təntənəli keçirilib. Bakıda Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında 65 illiyim qeyd olunub. Əgər ömür vəfa etsə, Azərbaycana növbəti səfərimdə Kəlbəcərdə dalğalanan üçrəngli şanlı Bayrağımızın kölgəsi altında qürurla dayanaraq bir yaradıcılıq gecəmi, yubileyimi keçirərdim. Mənə ruh verən, şair olmağıma köksünü açan dağlarımızın qoynunda doğma camaatımızla üzbəüz qalıb ürəyimi boşaldardım. Mən Kəlbəcərdə hər kəsin rifah içində yaşayacağına, xoşbəxt bir həyat qurulacağına inanıram. Mən fəxr edirəm ki, uzun illər öncə vəsf elədiyim üçrəngli Bayrağımız Xankəndidə, Şuşada, Laçında, mənim Kəlbəcərimdə dalğalanır.

Əsərlərim Rusiyada çox çap olunsa da, özümü Azərbaycan şairi sayıram. Mən milli kökə, milli şüura, milli təfəkkürə bağlı adamam. Öz milli adət-ənənəsinə sadiq qalan, klassik ədəbiyyatımıza səcdə edən Azərbaycan şairiyəm, yaradıcılığımda aşıq poeziyasına, folklora, divan ədəbiyyatına söykənən adamam.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır

Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində 121 mindən çox müəllim çalışır