“KƏMALƏT” HƏRƏKATININ NÜMAYƏNDƏ HEYƏTİ NARKOMANİYA İLƏ MÜBARİZƏ SAHƏSİNDƏ AZƏRBAYCANIN TƏCRÜBƏSİNİ ÖYRƏNƏCƏKDİR
Özbəkistan nümayəndə heyəti dekabrın 20-də Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edərək, ümummilli liderimiz Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini anmışlar.
Xatırladaq ki, Gənclər, İdman və Turizm Nazirliyi ilə “Kəmalət” hərəkatı arasında əməkdaşlığın əsası Prezident Heydər Əliyevin 1997-ci ildə Özbəkistana rəsmi səfəri zamanı qoyulmuş, “Azərbaycan və Özbəkistan hökumətləri arasında idman və gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş” bağlanmışdır. 2004-cü ildə nazirlik ilə “Kəmalət” hərəkatı arasında əməkdaşlığa dair tədbirlər Planı imzalanmışdır. Elə həmin il Özbəkistanda Azərbaycan gəncləri günləri, bu il isə Azərbaycanda Özbəkistan gəncləri günləri keçirilmişdir.