“Kənd əhalisinin həyat səviyyəsi: inklüziv inkişafa doğru” monoqrafiyası nəşr olunub
Bakı, 8 aprel, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun İnklüziv sosial inkişaf şöbəsinin aparıcı elmi işçisi Jalə Əliyevanın “Kənd əhalisinin həyat səviyyəsi: inklüziv inkişafa doğru” kitabı çapdan çıxıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, monoqrafiyada “həyat səviyyəsi” anlayışına və onun göstəricilərinə dair nəzəriyyə, baxış və yanaşmalar öz əksini tapıb. Nəşrdə Azərbaycanda son illərdə kənd əhalisinin həyat səviyyəsində baş verən dəyişikliklər, ona təsir göstərən amillər təhlil olunub. Həmçinin kənd əhalisinin həyat səviyyəsinin yüksəldilməsi perspektivləri öz əksini tapıb.
Nəşrin elmi redaktoru AMEA-nın müxbir üzvü, professor Şahbaz Muradov, rəyçiləri professor Gülənbər Əzizova və dosent Pərviz Həsənovdur.
Monoqrafiya elmi işçilər, ali məktəb müəllimləri, tələbələr, doktorantlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:24]
Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub
- 29.09.2026 [13:09]
Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu
- 29.09.2026 [12:49]
BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib
- 29.09.2026 [10:53]
Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]