KƏND MƏKTƏBİ ÜÇÜN YENİ BİNA TİKİLİR
Kənddə təhsilin yüksək səviyyədə təşkili üçün hər cür şəraiti olacaq yeni məktəb binası növbəti dərs ilinədək istifadəyə veriləcəkdir. Rayon mərkəzindən 25 kilometr uzaqda yerləşən Burunlu kəndinin sakinləri bu xeyirxah iş üçün Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər.