Azərbaycan Dövlət İnformasiya Agentliyi

KƏND TƏSƏRRÜFATI NAZİRİ İSMƏT ABASOVUN ÇIXIŞI

- Möhtərəm cənab Prezident,

Hörmətli iclas iştirakçıları!

Banisi ulu öndərimiz, ümummilli liderimiz Heydər Əliyev olan və son onilliyin ən böyük sosial-iqtisadi hadisələri – “Əsrin müqaviləsi” və aparılan aqrar islahat öz bəhrələrini verir. Artıq Azərbaycan Respublikası Cənubi Qafqaz regionunda öz liderliyini bərqərar etmişdir.

Sizin Prezident seçildiyiniz gündən qeyri-neft sektorunun inkişafına, xüsusən Azərbaycanın regionlarının sosial-iqtisadi simasının dəyişməsinə, aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsinə, sahənin maddi-texniki bazasının möhkəmləndirilməsinə, xalqımızın ərzaq təhlükəsizliyinin təmin edilməsinə, yoxsulluğun aradan qaldırılmasına yönəlmiş fərman və sərəncamlarınız Heydər Əliyevin iqtisadi siyasətinin yeni müstəvidə davam etdirilməsinin bariz nümunəsidir.

Sizin bölgələrdə keçirdiyiniz çoxsaylı görüşlərdən sonra həmin regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə yönəlmiş əlavə tədbirlər haqqında sərəncamlarınız bir daha kəndli sahibkarlarda böyük ruh yüksəkliyi və gələcəyə inam yaratmışdır. Belə ki, cari ilin 9 ayında, keçən ilin müvafiq dövrünə nisbətən, kənd təsərrüfatının ümumi məhsulu 5,5 faiz, o cümlədən bitkiçilik məhsulları 7,3 faiz, heyvandarlıq məhsulları 2,3 faiz artmışdır.

Bu ilin 9 ayı ərzində faktiki qiymətlərlə 6,8 trilyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmişdir ki, bu da keçən ilin müvafiq dövründən 11,7 faiz çoxdur.

İndi isə, icazə verin, sahələr üzrə qısa məlumatı diqqətinizə çatdırım.

Taxıl əkini sahələrinin keçən ilə nisbətən 10 min hektar azalmasına, dağ və dağətəyi bölgələrdə davamlı quraqlıq nəticəsində 20 min hektara yaxın payızlıq əkin sahəsinin məhv olmasına baxmayaraq, oktyabrın 1-nə kimi ilkin çəkidə 2 milyon 112 min ton taxıl istehsal edilmişdir.

Ən gəlirli və əməktutumlu sahə olan pambıqçılıq uğurla inkişaf etdirilir. Cari ildə əkin sahəsi 44 faiz artırılaraq, 112,9 min hektara çatdırılmışdır.

Operativ məlumatlara əsasən, oktyabrın 31-nədək emal müəssisələrinə 176 min 646 ton pambıq yığılıb satılmışdır ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 50 min 639 ton çoxdur. Yığım davam edir.

Bazarın tələbinə uyğun olaraq, kartof və tərəvəz əkinləri dinamik surətdə artmaqdadır. Yığım başlanandan tarlalardan 936 min tondan çox və ya keçən ildəkindən 46,8 min ton çox kartof, 1044,6 min ton və ya 45 min ton çox tərəvəz, 361,3 min ton və ya 13,8 min ton çox bostan məhsulları istehsal olunaraq əhalinin istifadəsinə verilmişdir.

İlin sonunadək 1 milyon tondan artıq kartof istehsalı gözlənilir ki, bu da ölkə tarixində rekord göstəricidir.

Bu ilin 9 ayında 2720 hektar sahədən 6 min tondan artıq və ya keçən ildəkindən 681 ton çox tütün yarpağı yığılmışdır. Mövsümün sonuna qədər 7 min 500 ton və ya 2004-cü ildəkindən 980 ton çox tütün yarpağı yığımı proqnozlaşdırılır.

Bağbanlarımızın gərgin əməyi sayəsində meyvə bağlarında bol məhsul yetişdirilmişdir. Cari ilin 9 ayında 361 min 445 ton meyvə yığılmışdır ki, bu da keçən ilin müvafiq dövründən 135 min ton çoxdur.

İlin sonunadək 570 min ton meyvə istehsalı gözlənilir.

Dövlət Proqramının icrasına uyğun olaraq, 1389 hektar sahədə yeni bağlar salınmışdır.

Üzümçülüyün bərpası və inkişaf etdirilməsi istiqamətində də Dövlət Proqramında nəzərdə tutulan tədbirlər həyata keçirilir. Keçən ilin payızında 413 hektarda, bu ilin yazında 1500 hektara yaxın üzümlüklər salınmışdır. Hazırda üzümlüklərin salınması davam etdirilir. Tingçilik təsərrüfatlarında bərpa işləri aparılır. Cari ildə üzüm bağlarından və talvarlardan 74,8 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 33,8 min ton çox üzüm yığılmışdır. Məhsul yığımı davam edir.

2005-ci ildə şəkər çuğunduru istehsalının inkişafına yönəldilmiş əsaslı tədbirlər görülməyə başlanmışdır. Gəncə Regional Aqrar Elm Mərkəzində 3 tondan artıq keyfiyyətli toxum istehsal edilmiş, 2 min 964 hektar sahədə şəkər çuğunduru becərilmiş, 65 min ton və ya keçən ildəkindən 8,2 min ton çox məhsul istehsalı gözlənilir.

Əvvəlki ilin eyni hesabat dövrü ilə müqayisədə bu ilin 9 ayına qaramalın baş sayı 63,8 min baş (2,8 faiz), davarların sayı 248 min baş (3,4 faiz), donuzların sayı 2,3 min baş (10,8 faiz) artmışdır.

Quşçuluq intensiv inkişaf edir. Hazırda 18,3 milyon quş vardır ki, bu da 1995-ci ildəkindən 5 milyon baş çoxdur.

9 ayda, keçən ilin müvafiq dövrünə nisbətən, 8,1 min ton çox ət, 30 min ton çox süd, 34,5 milyon ədəd çox yumurta istehsal edilmişdir.

Artıq hər inəkdən 4000-4500 kiloqram süd, hər 100 inəkdən 90-92 buzov alan fermerlərimiz vardır.

Özəl damazlıq təsərrüfatlarının inkişaf etdirilməsi, xüsusən süni mayalama servisi şəbəkəsinin yaradılması, keyfiyyətli qarışıq yem istehsalı sahəsində qarşıda görəcəyimiz işlər çoxdur.

Dünya Bankının vəsaiti hesabına bu il uzunluğu 19,5 kilometr olan Baş Mil-Muğan kollektorunun 7,4 kilometr hissəsi qazılmış, kollektor boyunca 6 kilometr uzunluğunda istismar yolu çəkilmiş, kollektor üzərində 2 körpü və 2 akvedukun tikintisi başa çatmışdır. Layihə çərçivəsində 40 kilometr uzunluğunda təsərrüfatlararası suyığıcı kollektorlar bərpa edilmişdir.

Xanarx kanalının uzunluğu 29,7 kilometr olan 2-ci mərhələsinin 25,4 kilometr hissəsinin inşası başa çatdırılmış, 15 ədəd körpü, 59 ədəd akveduk və digər qurğular tikilmişdir.

Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi Dünya Bankının, İFAD-ın və digər Beynəlxalq maliyyə qurumlarının kredit dəstəyi ilə bir sıra aktual layihələr həyata keçirir.

Dövlət sərhədlərində bitki karantini və baytarlıq xidmətləri obyektlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, bitki və heyvan zərərvericiləri və xəstəlikləri ilə mübarizə, kənd təsərrüfatı məhsullarının idxalı və ixracına nəzarətin möhkəmləndirilməsi istiqamətində tədbirlər gücləndirilmişdir.

Respublikamıza qonşu olan Türkiyə, İran və Rusiyada quş qripinin qeyd olunmasını nəzərə alaraq, bu təhlükəli xəstəliyə qarşı profilaktik tədbirlər üçün Dövlət büdcəsindən 3,8 milyard manat vəsait ayrılmışdır.

Dövlət baytarlıq xidməti tərəfindən bu istiqamətdə bir sıra təşkilati və xüsusi profilaktiki tədbirlər həyata keçirilir.

Möhtərəm cənab Prezident!

2005-ci ilin dövlət büdcəsindən, ilk dəfə olaraq, kənd təsərrüfatı texnikasının alınmasına ayrılmış 100 milyard manat vəsait hesabına bu ilin iyun ayında, müəyyən çətinliklərlə qarşılaşsaq da, açıq tender keçirməklə 250 taxılyığan kombayn, 284 təkərli və 30 ədəd mini traktor, 636 adda digər kənd təsərrüfatı texnikası və avadanlıqları alınmışdır. 350 ədəd müxtəlif kənd təsərrüfatı texnikası artıq lizinq qaydasında istifadəyə verilmişdir. 2006-cı ilin dövlət büdcəsində eyni məqsədə 150 milyard manat vəsait nəzərdə tutulmuşdur.

Yaponiya hökumətinin bu ilə ayırdığı 1,9 milyon dollar qrant hesabına tender yolu ilə 25 SAMPO markalı taxılyığan kombayn alınmış və ilin sonuna qədər respublikaya gətiriləcəkdir.

Sevindirici haldır ki, bu günlərdə Sizin göstərişinizlə, ilk dəfə olaraq, dövlət vəsaiti hesabına 2005-ci il üçün mineral gübrələrin və pestisidlərin alınmasına 22,97 milyard manat vəsait ayrılmış, 2006-cı ilin dövlət büdcəsindən isə bu məqsədlə 50 milyard manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur.

Möhtərəm cənab Prezident!

Neft sektorunun inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdırsa, aqrar sahənin kəskin surətdə və davamlı inkişafı məhz Sizin adınızla bağlıdır. Bu böyük qayğı və köməyə görə aqrar sahədə çalışan fermerlər, sadə iş adamları Sizə öz dərin minnətdarlıqlarını çatdırmağı məndən xahiş etmişlər.

Cənab Prezident!

Cari ildə fermerlərin mineral gübrələri və pestisidləri optimal aqrotexniki müddətlərdə, keyfiyyətli və nisbətən ucuz qiymətlərlə, müsabiqədənkənar, bir mənbədən almasına ehtiyac vardır.

Bununla yanaşı, qeyd etməliyəm ki, bu günə qədər “Aqrolizinq” ASC-nin mərkəzi aparatının binası və Bakı bazası üçün yerin ayrılması məsələsi öz müsbət həllini tapmamış, mineral gübrələrin və pestisidlərin istifadə qaydaları hələlik təsdiq edilməmişdir.

Möhtərəm cənab Prezident!

Biz – nazirliyin kollektivi, çoxminli fermerlər ordusu, alim və mütəxəssislər son günlər siyasi hakimiyyətə can atan, dövlət çevrilişinə və cəmiyyətdə qarşıdurma yaratmağa cəhd göstərən, simasını itirmiş, vətəninə və xalqına dönük çıxmış Rəsul Quliyevə havadarlıq edən, onu lazımınca maliyyələşdirən Fərhad Əliyev, Əli İnsanov, Akif Muradverdiyev, Fikrət Sadıqov və digər nankor, xəyanətkar məmurların hakimiyyətdən uzaqlaşdırılmasını, demokratiya və əmin-amanlıq naminə həyata keçirdiyiniz ədalətli tədbirləri dəstəkləyir, Sizə öz dərin minnətdarlığımızı bildiririk. Satqın məmurların isə dövlətimizə və xalqımıza qarşı törətdikləri şərəfsiz hərəkətlərinə və bu cinayətlərinə görə ədalət məhkəməsi qarşısında cavab vermələrini və layiqincə cəzalandırılmalarını hüquq mühafizə orqanlarından qətiyyətlə tələb edirik.

Çıxışımın sonunda, cənab Prezident, Sizi sabahkı Ramazan bayramı münasibətilə səmimi qəlbdən bütün aqrar işçilər adından təbrik edirəm, Sizə möhkəm cansağlığı, uğurlar arzulayıram.

Diqqətinizə görə təşəkkür edirəm!

İLHAM ƏLİYEV: Sağ olun. Sizdə əvvəllər yerlərdə aqroservislər yaradılmasına müəyyən problemlər yaradırdılar. İndi bu problemlər həll olunubdumu?

İSMƏT ABASOV: Möhtərəm Prezident, biz əvvəllər 4 regional baza yaradılmasını nəzərdə tutmuşduq. Qusarda Sizin rəhbərliyinizlə keçirilən müşavirədən sonra Siz 10 regional baza yaradılması barədə göstəriş verdikdən sonra bu gün 10 regional baza artıq fəaliyyət göstərir, texnika gətirilib və həmin bazalar vasitəsilə sahibkarlara paylanır.

İLHAM ƏLİYEV: Yaxşı, əyləşin.

X X X

Çıxış üçün söz təhsil naziri Misir Mərdanova verildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik