Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Saatlıda vətəndaşların müraciətlərini dinləyəcək
Bakı, 4 dekabr, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov dekabrın 9-da, saat 10:00-da Saatlı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) və Saatlı Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-356-61-21) zəng etməklə qeydiyyatdan keçə bilərlər.Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [13:42]
Rafik Danakari: Ağoğlan monastırı Azərbaycan xalqının irsidir
- 06.10.2026 [13:14]
Alban-Udi icmasının üzvləri Laçındakı Ağoğlan monastırını ziyarət ediblər
- 06.10.2026 [13:01]
Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb VİDEO
- 06.10.2026 [10:34]
Laçında daha üç su elektrik stansiyası tikilir VİDEO
- 05.10.2026 [23:06]
Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb
- 05.10.2026 [22:54]
Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub
- 05.10.2026 [22:41]