Keniyalı Olimpiya çempionu dopinqə görə diskvalifikasiya olunub
Bakı, 25 yanvar, AZƏRTAC
Uzun məsafəyə qaçış üzrə keniyalı atlet dopinq qalmaqalı ilə üzləşib.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, Keniya idmançısı Jemima Sumqonq antidopinq qaydalarını pozduğu üçün diskvalifikasiya olunub. Bu barədə Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının (IAAF) mətbuat xidmətindən bildirilib.
Otuz dörd yaşlı idmançı səkkiz il müddətinə yarışlardan kənarlaşdırılıb. O, 2017-ci ildə qadağan olunmuş eritropoietindən istifadəyə görə dörd il diskvalifikasiya edilmişdi.
J.Sumqonq 2016-cı ildə Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarının marafon yarışlarının qalibi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [15:55]
Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO
- 09.10.2026 [15:09]
Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar
- 09.10.2026 [14:47]
İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub
- 09.10.2026 [14:15]
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]