K.HEYDƏROV RUSİYA FÖVQƏLADƏ HALLAR NAZİRİNİN MÜAVİNİ İLƏ GÖRÜŞMÜŞDÜR
K.Heydərov faciə günlərində Azərbaycan FHN-in məktubuna təxirə salınmadan reaksiya verildiyinə görə Rusiya FHN-in rəhbəri Sergey Şoyqu başda olmaqla nazirliyə dərin təşəkkürünü bildirmişdir. O demişdir: “Mən hələ yazılı müraciətimizdən əvvəl bütün işləri gördüyünüzdən xəbər tutmuşdum. Bu, təkcə bizim faciəmiz deyildir. Bu faciə Moskvada baş vermiş, insanlar həlak olmuşlar”.
Nazir həmçinin bildirmişdir ki, o, Prezident İlham Əliyevə vəziyyət, hadisə yerində görülmüş işlər barədə məlumat vermişdir. Həlak olanların cənazələri və onları müşayiət edən şəxslər artıq bu gün vətənə yola salınacaqdır.
R.Salikov bunun böyük faciə olduğunu söyləmiş, S.Şoyqunun və nazirliyin bütün kollektivi adından dərin hüznlə başsağlığı vermişdir. O demişdir ki, FHN həlak olanların cənazələrinin Azərbaycana tezliklə çatdırılmasında onların qohumlarına kömək üçün bütün lazımi tədbirləri görəcəkdir.