Kimyaçı alim “European journal of medicinal chemistry”inin sertifikatına layiq görülüb
Bakı, 31 iyul, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru professor Əfsun Sucayev “Elsevier” nəşriyyatının aparıcı jurnalı olan “European journal of medicinal chemistry” tərəfindən beynəlxalq rəyçi sertifikatına layiq görülüb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, professor Əfsun Sucayev 2025-ci ilin birinci yarısında yerinə yetirdiyi beynəlxalq rəyçilik fəaliyyətinə görə sertifikatla təltif olunub. Onun fəaliyyəti jurnalın baş redaktoru və redaksiya heyəti tərəfindən çox yüksək qiymətləndirilib.
“European journal of medicinal chemistry” jurnalı dərman kimyasının əsas aspektləri üzrə elmi tədqiqatlar dərc edən qlobal jurnaldır. Bu nəşr tədqiqatçıların öz mühüm elmi nəticələrini çap etdirməsi baxımından əsas vasitə hesab olunur. Q1 kateqoriyalı jurnalın impakt faktoru 5.9-ə bərabərdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:45]
Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb
- 29.09.2026 [18:01]
BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar
- 29.09.2026 [17:09]
Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası
- 29.09.2026 [17:03]
Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb
- 29.09.2026 [16:41]