“KİNO+” YENİ QƏZETDİR
Kinomuzu sevənlər onu xilas edəcəklər, deyən nazirin sözləri ilə razılaşmamaq mümkün deyildir. O, son iki ildə Azərbaycan kinosunun durğunluqdan çıxmağa başladığını, 4 bədii film, 2 cizgi filmi, 1 sənədli film çəkdiyini, “Salnamə” və “Mozalan” kinostudiyalarında isə 100-dən çox süjet hazırladığını xatırladır.
Kinematoqrafçılar Birliyində qəzetin təqdimat mərasimi keçirilmişdir. Birliyin idarə heyətinin birinci katibi Rasim Balayev jurnalist kollektivinə uğurlar arzulamışdır.
Tanınmış kinoşünas, 1960-cı illərdən nəşr olunan “Kino” qəzetinin keçmiş redaktorlarından biri Aydın Kazımzadə AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, belə bir qəzetin yenidən nəşrə başlaması çox sevindirici haldır. O, vaxtilə “Kino” qəzeti kimi, bu nəşrin də, xüsusilə gənclər arasında populyar olmasını arzulamışdır. Qəzetin birinci nömrəsində kinoşünasın ümummilli liderimiz, Prezident Heydər Əliyevin Azərbaycan kinosunun inkişafında misilsiz roluna həsr edilmiş məqaləsi dərc olunmuşdur.
Yeri gəlmişkən, qəzetin adındakı “+” işarəsi qəzetdə incəsənətə aid digər mövzulara – musiqi, şou, estrada və digər mövzulara da toxunulacağını bildirir.