Kipr hava əlaqələrini iyunun 9-dan bərpa edəcək
Afina, 4 iyun, AZƏRTAC
Kipr hökuməti Larnaka və Pafos hava limanlarının fəaliyyətini bərpa etmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, Kiprin Nəqliyyat, Rabitə naziri Yannis Karusos hava əlaqələri və mehmanxanaların fəaliyyətinin iyunun 9-da bərpa olacağını bildirib. Qeyd edib ki, hava məkanının açılması iki mərhələdən ibarət olacaq. Birinci mərhələ iyunun 9-19-da, ikinci mərhələ isə 20-iyundan sonra tətbiq olunacaq.
Bildirilir ki, dünyada epidemioloji vəziyyəti nəzərə alaraq birinci mərhələdə Yunanıstan, Malta, Bolqarıstan, Norveç, Avstriya, Finlandiya, Sloveniya, Macarıstan, İsrail, Danimarka, Almaniya, Slovakiya, Litvadan, ikinci mərhələdə isə İsveç, Polşa, Rumıniya, Xorvatiya, Estoniya və Çexiyadan olan vətəndaşların qəbulu baş tutacaq. Ölkəyə daxil olmaq üçün vətəndaşlar ən geci 72 saat əvvəl əldə etdikləri koronavirus testlərini göstərməlidirlər. Digər ölkə vətəndaşları öz hesabına 14 günlük karantinə yerləşdiriləcək.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldılır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]